Müharibədə iştirak edən və şəhid olan jurnalistlərlə bağlı AÇIQLAMA

14:44 11-01-2021 | icon 419 | KİV
Müharibədə iştirak edən və şəhid olan jurnalistlərlə bağlı AÇIQLAMA

Ermənistanın 2020-ci il boyunca yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlər də ciddi insidentlərlə qarşılaşıblar.

 

Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında qeyd edilib.

 

Brüsseldə fəaliyyət göstərən azərbaycanlı jurnalist  Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızı iyul ayında erməni millətçiləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

 

KİV işçiləri 44 günlük Vətən Müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər.

 

Döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlər dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar.

 

Azərbaycan Dövlət Televiziyasının (AzTV) və İctimai Televiziyanın (İTV) əməkdaşları xüsusilə şiddətli atəş altına düşüb, şirkətlərə məxsus avtomobillər sıradan çıxarılıb. Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Şakir isə işğaldan azad edilmiş ərazilərə səfər edərkən, minaya düşərək həlak olub.

 

Bu dövrdə təqribən 29 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilib, cəbhə xəttinə göndəriliblər. Onlardan dörd nəfəri döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov isə şəhid olub.

 

29 nəfərin sırasında 11 nəfərin döyüşlərdə fərqləndikləri üçün orden və medallarla təltif edilmələri barədə KİV-də və sosial şəbəkələrdə məlumat yayılıb.  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT