Koronavirusa yoluxan jurnalistdən xəbər var

11:00 08-02-2021 | icon 387 | KİV
Koronavirusa yoluxan jurnalistdən xəbər var

İctimai Televiziyanın İnformasiya departamentinin redaktoru, telekanalın Qarabağ üzrə müxbiri Şöhrət Eyvazov koronavirusa yoluxub.

 

Versus.Az xəbər verir ki, artıq 10 günə yaxındır ki, virus səbəbindən müalicəsi davam etdirilir.

 

Şöhrət Eyvazov bildirib ki, əvvəlcə xəstəliyi yüngül keçirəcəyini düşünüb:

 

"Sonradan hərarətimin yüksəldiyi hiss etdim, Bakı şəhərində yerləşən "Yeni Klinika"da müalicəmi davam etdirirəm. Hazırda vəziyyətimin stabilləşdirilməsi üçün addımlar atılır. Xəstəxana şəraiti normaldır, tibb işçiləri bütün xəstələr üçün əllərindən gələni edirlər".

 

Qeyd edək ki, Şöhrət  Eyvazov birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kapitandır. 20 ildir ki, hərbi jurnalistika üzrə fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT