Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı

16:10 15-02-2021 | icon 635 | KİV
Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən azad edilib.

 

Məlumata görə, V.Səfərli barəsində məhkəmə qərarı olduğuna görə, o, avtomatik olaraq YAP-ın Nərimanov rayon təşkilatının sədrinin müavini vəzifəsindən uzaqlaşdırılıb.

 

V.Səfərlinin YAP-dakı vəzifəsindən kənarlaşdırılması barədə ilk xəbəri “Unikal” yayıb.

 

Qeyd edək ki, bu ilin yanvarın 14-də məhkəmənin qərarı ilə V.Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

 

V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT