Xasiyyət Rüstəmin 50 illik yubileyində onlayn GÖRÜŞ

18:51 09-04-2021 | icon 485 | Ədəbiyyat
Xasiyyət Rüstəmin 50 illik yubileyində onlayn GÖRÜŞ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin Özbəkistanda yayılmasında fəal rol oynayan tanınmış özbək şairi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili bu konfransın iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
 
 
Qardaş ölkənin mədəni-ictimai həyatının əsas simalarından olan Xasiyyət Rüstəmin 50 illik yubileyinin Özbəkistanla yanaşı Azərbaycan ədəbi-ictimai, yaradıcı qurumlarının təşkilatçılığı ilə qeyd edilməsini bir vəfa borcu kimi xarakterizə edən Qənirə Paşayeva yubilyarın türk ədəbi dünyasında sevildiyini, oxunduğunu bildirib. Q.Paşayeva Xasiyyət Rüstəm yaradıcılığının türk dünyası, Turan coğrafiyası üçün xüsusi önəm kəsb etdiyini qeyd etməklə yanaşı, onun Azərbaycana ürəkdən bağlılığına toxunaraq, 44 günlük Vətən Müharibəsində verdiyi mənəvi dəstək üçün bir daha təşəkkür edib:
 
"Sizinlə Azərbasycanda, Özbəkistanda görüşlərimizdə həmişə deyirdik ki, Qarabağda, Şuşada görüşək. Çox şükür, bu arzumuz artıq gerçəklik qazanıb. Sizin "Adı Lalə idi o qızın" poemanız Qarabağ, Azərbaycan həqiqətlərinə nə qədər içdən bələd olduğunuzu aydın şəkildə göstərir. Məhz bu əsərinizin Şuşada təqdimatına yığışacağımız gün uzaqda deyil.
 
Siz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüsüz və təsadüfi deyil ki respublikamızda bir neçə kitabınız işıq üzü görüb, daha yeni kitablarınız da çıxacaq. Bizim rəsmi Təbrik məktubumuz Sizə göndərilib, bu fürsətdən istifadə edib, Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!
 
 
Qeyd edək ki, təşkilatçıları “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB olan virtual tədbirin baş tutmasına Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, "Yeni Müsavat" Media Qrupu, “Zirvə Tədris Mərkəzi” dəstək verib.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ