“Namizədliyimə əngəl olmaq üçün plan hazırlayırlar”

15:52 31-01-2018 | icon 418 | Siyasət
“Namizədliyimə əngəl olmaq üçün plan hazırlayırlar”

“Havadarlarına deyirmişlər ki, onu qoymayın namizədliyini versin”

“Partiyamızın Siyasi Şurasının ya fevralın axırlarında, ya da martın ilk on günlüyündə iclası keçiriləcək. Bizdə qurultayarası dönəmlərdə qanunverici orqan Siyasi Şuradır. Siyasi Şuranın qarşıdan gələn iclasında namizədliyim rəsmiləşdiriləcək”.

Bunu Versus.Az-a Prezident seçkiləri ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

“Biz artıq seçkilərə hazırlaşırıq. Rayon təşkilatlarının və partiyanın orqanlarının keçirilən iclaslarında bu məsələ diqqətə çatdırılır, müzakirə edilir. İctimaiyyətlə də görüşlərimiz olur”.

Partiya sədri bildirib ki, bəzi dairələrdə onun iştirakına əngəl olmaq barədə planlar hazırlanması barədə məlumatlar əldə edib. Belə ki, ötən seçkilərdə televiziyadakı kəskin çıxışları, əldə etdiyi faktları ortaya çıxarmasının nəticəsi olaraq, bu dəfə onun belə bir imkan əldə etməsindən ehtiyatlananlar var:

““Əldəqayırma namizədlər” tərəddüddə qalıblar, bilmirlər seçkilərə getsinlər, ya yox. Qorxurlar debatlarda mənimlə qarşılaşmağa. Havadarlarına deyirmişlər ki, Hafiz Hacıyevi qoymayın namizədliyini versin. Mənə kim mane olacaq, hakimiyyətin çörəyini yeyib dövlətə xəyanət edənlər? Gözlərində qalacaq istəkləri. Namizədliyimi verəcəm də, qalib olacam da. Ya qardaşım İlham Əliyev seçiləcək, ya mən. Bunlara hakimiyyət vermək olar, aparıb ölkəmizi hədiyyə etsinlər düşmənlərə?”

H.Hacıyev deyir ki, “müxalifətəm” deyib özünü prezident görmək istəyənlər bir ətraflarına baxsınlar görsünlər yanlarında kimlər var:

“Onları təkcə bu xalq deyil, heç öz ətraflarındakılar da istəmirlər. O qədər xəyanətlə məşğul oldular ki, partiyalarında heç kim qalmadı. Müttəfiqlikləri sıfır, mübarizələri sıfır. Bəzi nazirlər kimi yapışıblar sədrlikdən, heç olmasa yerlərini gənclərə də vermirlər. Biz hadisələri izləyə-izləyə gedirik. Qarşıma çıxa biləcək üzləri yoxdur. Seçkiqabağı görüşlərdə, mitinqlərdə, debatlarda xalq bunun şahidi olacaq”.

MMP sədrinin sözlərinə görə, partiyalar var ki, xarici dövlətlərin tapşırığı ilə bir şəxsin üzərində dayanıblar:

“Onlara imkan verməyəcəyik ki, Azərbaycanın idarəetməsində iştirak etsinlər. Kim namizədliyini verirsə, bilməlidir ki, mənimlə üzbəüz görüşlərdə uduzacaq. Onlar heç bir halda mənim qarşımda duruş gətirə bilməyəcəklər”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür