"Əmək haqlarının uçotu düzgün aparılmır"

14:39 13-11-2018 | icon 454 | Cəmiyyət
"Əmək haqlarının uçotu düzgün aparılmır"

 

"Bu gün Azərbaycanda əməkhaqlarının uçotu düzgün aparılmır".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, uçot düzgün aparılmadığı üçün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır:

 

"Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu islahatlar heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

 

Z.Səmədzadə qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycanın neftdən asılı olduğu deyilir:

 

“Unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Dövlət Neft Fondu hesabına iqtisadiyyatımızı yeniləmişik, bu Fond hesabına su kəmərləri çəkmişik, neft yataqlarını inkişaf etdirmişik. Bu baxımdan büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır. Neft Fondunun şəffaflığı dünya tərəfindən qəbul edilir. Fondun bundan sonra bir sıra məqsədlər üçün istifadə edilməsi vacibdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür