Beynəlxalq Gözdən Əlillər Günüdür

16:26 13-11-2018 | icon 511 | Cəmiyyət
Beynəlxalq Gözdən Əlillər Günüdür

 

13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir.

 

Səhiyyə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Səyyar Klinikasının həkim heyəti Gözdən Əlillər Cəmiyyətinin üzvlərinə tibbi xidmət göstərəcək. Əvvəlcə göz xəstəliklərinə qarşı profilaktik tədbirlərin görülməsi haqqında seminar keçiriləcək.

 

Seminarda məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklərə qarşı mübarizə yollarını göstərməkdir. Humanitar aksiyada məqsəd operativ şəkildə pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Lazım gəldikdə isə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

 

Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq artır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR