Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

09:22 15-11-2018 | icon 89 | Cəmiyyət
Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

 

Çagdas Azərbaycan teleməkanında mövzu müxtəlifliyi hər zaman tamasaçı tərəfindən müzakirələrə səbəb olub. Tamaşaçı zövqünün aşılanmasının prioritet məsələ kimi önə çəkilməsi bütün KİV-in ən ümdə vəzifəsi olaraq qalmaqdadır.

 

Statistik göstəricilərə əsasən ölkəmizin 52 faizini qadınların təşkil etməsi məhz bu mövzuların bilavasitə onlara uygun, onların fəaliyyətinin əks olunmasına yönəlikliyi peşəkar jurnalistlərin də diqqətindən heç zaman yayınmır. Bəli, qadın Tanrıdan sonra yaradandı. Sevgi veren , sevgi ilə bəslənəndi. Müasir cəmiyyət də bu sevgi toxumu ile daima artıb inkişaf ətməkdədir. Lider Televiziyasının peşəkar aparıcısı, Əməkdar jurnalist Mətanət Ağamirlinin təqdimatında yayımlanan "Gender” programı da məhz bu missiyanın öhdəsindən layiqincə gəlir. Ölkəmizdə dövlət tərəfindən qadın fəaliyyətinə verilən qiymət və bu fəaliyyəti həyata keçirmək üçün yaradılan şəraitdən yararlanan xanımların fəaliyyətini işıqlandırmaq nümunə olaraq digər xanımların da özünütəsdiq hissini aşılamış olur. Olkə teleməkanında bu qəbildən olan proqramların mövcudluğu əlbəttə ki, arzuolunandır. Cəmiyyətin görən gözü, duyan səsi olan bu ictimai fəal xanımları buyurun siz də tanıyın. 
 
 
Purple Kids Tədris İnkişaf Mərkəzinin rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva da məhz bu imkandan yararlanaraq cəmiyyətə fayda verməyə çalışır:
 
 
- Altı il bundan əvvəl mənim həyatımda belə bir hadisə baş verdi. Üçüncü oğlumda fərqliliyi hiss elədik. Həkimlər, nevropotoloqlar, psixoloqlar, mütəxəssislərin qəbulunda olduq və başa düşdük ki, onu çağıranda cavab vermir, verilən tapşırıqları yerinə yetirmir. 3 yaşına çatsa da heç kimə fərq qoymurdu, onun üçün fərq eləmirdi. Qohum ya qonşu, kim onu hara aparardı, kim nə alardı, fərq eləmirdi onun üçün, öz aləmində idi. Xaricdən gələn mütəxəssislər də artıq oğlumda autizm xəstəliyini təsdiq etdilər. Ondan sonra biz reabilitasiya mərkəzlərinə müraciət etdik.  Bilirsiniz, autizm xəstəlik deyil, o sadəcə fərqlilikdir. Burda psixoloqlarla, loqopedlərlə, psixopedaqoqlarla, defoqtoloqlarla aparılan iş hamısı bir yerdə reablitasiya adlanır. Bəzi valideynlər fikirləşirlər ki, psixoloji reablitasiya bir ay, iki ay, bir il, beş illikdi. Kimin uşağı autizmdirsə, başa düşməlidir k, psixoloji reablitasiyanı ömürlük keçməlidir. Uşaqların inkişafı üçün mərkəzlər çoxdur. Amma sağlam mühüt  başqa şeydir.  Bəzi bağçalar  körpə yaşından bilmədən autist uşaqları qəbul edir.   Amma 4 -5 yaşını keçəndə artıq həmin  uşaqların bağça mühitində yeri yoxdur.  Bu gün həmin  körpələr heç kimə zərəri dəyməyən fidanlardır. Amma 10-15 il sonra reablitasiya olmamış uşaqlar, sosial mühitə öyrənməmiş həmin fidanlar böyük insanlar olacaq. Onların  çoxu  gözəl, hündürboy uşaqlardır. Autizm qızlara nisbətən oğlan uşaqlarında daha çox rast gəlinir. Bu uşaqlar  körpəlikdən reablitasiya dövrü keçməsə, mühitə öyrəşdirilməsə 15 ildən sonra nə baş verəcək, kim deyə bilər ki.  Güclü və aqressiv insan kimi formalaşmış bu insanlar cəmiyyətə nə verəcək?  Bu sual ətrafında düşünməyin vaxtı çoxdan çatıb. Bu yaxınlarda Beynəlxalq Avropa Autist təşkilatının  Ukraynadakı konsulu, autist anası İrina Sereyenka Azərbaycanda səfərdə oldu. Həm də "Detalis my butnik”  fondunun prezidenti olan xanım qonağımız bildirdi ki, həmin fondun mərkəzlərində  autist uşaqlar sağlam uşaqlarla bərabər sosial məişət vərdişlərini öyrənirlər. Dəvətimizlə ölkəmizə gəlib bu sahədəki təcrübələrini bizimlə paylaşan İrina Sergeyenka və Nataliya Soreçka sırf  inklüziv təhsillə bağlı əhəmiyyətli seminar keçirdilər. 
 
 
İlk növbədə birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür edirik ki, artıq  Bakıda bu sahədə fəaliyyət göstərən  4 pilot məktəbi var. Həmin məktəbdə autizm uşaqlar sağlam uşaqlarla bir yerdə təhsil alırlar. 
 
 
Bundan başqa bu yaxınlarda praktiki konfrans keçirdik. Xaricdən çoxlu sayda qonaqlarımız da gəlmişdi. Millət vəkilləri, ictimai xadimlərin də qatıldığı konfransın keçirilməsində məqsəd  bu sahədəki vəziyyətin  ölkə ictimaiyyətinin diqqətinə təqdim edilməsi idi.  Eyni zamanda bu sahədəki biliklərin gələcək psixoloqlara aşılanması da diqqət mərkəzində oldu. 
 
 
Azərbaycan qadını ilə bağlı fikirlərə gəlincə,  Purple Kids Tədris İnkişaf Mərkəzinin rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva  hesab edir ki, Azərbaycan qadını ilk növbədə çox güclü, müasir iş qadınıdır:
 
 
- Birinci Vitse Prezidentimiz,  Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu gün dünyada həm  bir ana , həm güclü bir qadın kimi, həm də tanınmış bir siyasətçi kimi qəbul olunur.  Bu bizim üçün qürur mənbəyidir. Sözsüz ki, Mehriban Əliyeva nümunəsi qadınların cəmiyyətdə fəallığının, ictimai çəkisinin artırılmasında mühüm faktordur.  Bu nümunənin və dövlətin qayğısının nəticəsidir ki, Azərbaycan qadını getdikcə  daha çox layihələr həyata keçir, daha genişmiqyaslı layihələrə müəlliflik edir. Sevindiricidir ki, bu gün Azərbaycan qadını öz potensialını realizə etmək gücünə sahibdir. Birinci vitse Prezident Mehriban Əliyeva sözsüz ki, ölkəmizin bütün qadınları üçün gözəl bir örnəkdir.  Mən də xoşbəxtəm ki, bizim belə bir qadın nümunəmiz var.
 
 

Qadın yalnız birlikdə güclüdür

 
 
Həyat hekayəsi ilə sizi tanış edəcəyimiz növbəti müsahibimizin uğuru onun ailə bağları ilə möhkəmlənir. Ailə cütlüyünün tərəfdaşlığı ilə yaradılan NESS Co şirkəti işədüzəltmə və insan qayğıları sahəsində keyfiyyətə zəmanətlə yüksək səviyyədə xidmət göstərir: 
 
 
- Mən Mahru Norton Azərbaycanda kadr xidmətləri göstərən şirkətlərdən biri olan NESS Co şirkətində çalışıram. Bu şirkət 2012-ci ildən fəaliyyət göstərir.  Demək olar ki, Azərbaycanda kadrlara olan ehtiyacın ödənilməsində, yəni işçi heyətin təqdim olunmasında bizim də bir töhfəmiz var. Biz də öz sahəmizdə fəaaliyyətimizi inkişaf etdirərək şirkətlərə daha keyfiyyətli, daha maraqlı kadrların tapılmasında köməklik edirik. Əgər biz əvvəllər çox az tələblər qoyurduqsa kadrların qarşısında iş tapmaq üçün, indi daha böyük - həm dil, həm peşə sahəsində daha çox inkişaf etmiş işçilər axtarırıq. Konstaltinq deyəndə biz daha çox inkişaf etdirmək, işçilərin potensialını ortaya çıxartmaq, onları şirkətə daha maraqlı göstərmək üçün onlara məsləhət də veririk. Elə işçilər olur ki, onların necə gözəl mütəxəssis olduğunu görürük, amma özünü təqdim etmək problemi çoxlarında var. Bizim texniki və maddi imkanlarımız var ki, insanlara kömək edək. NESS Co əməkdaşlığı şirkətlərə geniş xidmət çeşidi təklif edir! Azərbaycan dünyaya- Avropaya inteqrasiya edir. Biz onlardan qidalanırıq, onların təcrübəsinə çox müraciət edirik. Azərbaycanda çalışan həm xarici, həm yerli şirkətlərin tələbləri də dəyişir. Bazar dəyişdikcə insanların ona adaptasiyası da güclənməlidir. Kadrların püxtələşməsi indi çox vacibdir. Elə kadrlar var ki, onlar peşələrini çox yaxşı bilirlər, amma bu təcrübəni başqasına keçmək, bilgini başqasına öyrətmək onlar üçün böyük problemdir. Düzdür, hamı pedaqoq doğulmur, öyrədici də ola bilmir.  Amma onu yetişdirsək bu faiz daha çox artır. Fransızların belə bir sözü var: "Öyrədərək öyrənirik". Komandanı öyrədərək böyük bir autoriyaya öz fikrimizi çatıdıraraq biz özümüzü başa düşürük. Şirkətimizin inkişafı da qazancı da həm də bundan asılıdır. İş prosesində insanların daha çox nəyə ehtiyacı olduğunu görürük, bilirik.  Özlərini təqdim eləməyə kömək etməyə çalışırıq. İnsanların öz potensialını inkişaf etdirmək bacarığı çox vacibdir. Bizim verdiyimiz təlimlər, konsultasiyalar çox vacibdir. Dünya praktikasında gördüyümüz fərdi inkişaf  təlimləri var ki, onlardan yararlanmaq çox vacibdir. Sonra hər hansı bir peşəni daha çox inkişaf etdirmək, onun bazarda olan ən yeni variantını, daha püxtələşmiş variantını tapmaq və işçi heyətinə təqdim eləmək bizim əsas işimizdir. Biz verdiyimiz informasiyaların həm şirkətlərə, həm işə götürdüyümüz şəxslərə faydalı olmasına çalışırdıq.  Adətən faiz etibarilə peşədən asılı olaraq hansısa peşədə ya qadınlar, ya da kişilər üstünlük təşkil edir. Əslində bu o qədər də əhəmiyyətli deyil.  Əhəmiyyətlisi odur ki, qadınların faiz etibarilə üstünlük təşkil etdiyi sahələr maraqlı sahələrdir. Yəni bu fərdi inkişafa yönəlmiş sahələrdir, işçi heyətinin inkişafına yönəlmiş sahələrdir, iqtisadi sahələrdir. Ola bilsin hüquqi, leqal sahədə kişilərin üstünlüyü çoxdur, amma axır vaxtlarda bizim iqtisadi sahədə olan qadın mütəxəssislərin sayı getdikcə artır ki, bu da sevindiricidir. Bu sahədə maariflənmək deyəndə adama elə gəlir ki, bu asan bir şeydir. Ona görə ki, informasiyanın bolluğu adamı aldada bilər. Düzgün maariflənməyə sərf olunan enerji çox vacibdir. İnsanlara çox vacibdir ki, nədən başlasınlar. Artıq uğur qazanmış bir insan özünün daha da inkişaf etməsi, daha da püxtələşməsi üçün özünə sual verməyi bacarmalıdır. Bunun üçün də onun həmişə maariflənməyə ehtiyacı var. Maarifləndikcə insanlar daha çoxinkişaf edirlər. Bu işdə şirkətimiz yönəldici bir vasitə rolunda çıxış edir. Həmişə  insanların özlərinə düzgün sual vermələrinə və düzgün, lazımi cavablar tapmalarına köməklik göstəririk. NESS Co kiçik, lakin yüksək və hərtərəfli mütəxəssislərdən ibarət uğurlu bir kollektivdən ibarətdir. Sözügedən şirkət müxtəlif əməliyyatlar və iri layihələrin tətbiqində böyük təcrübə, yüksək xidmət səviyyəsidir.
 
 

"Qadınlar potensiallarını realizə etmək gücünə sahibdirlər”

 

 
Diqqətinizə təqdim edəcəyimiz daha bir musahibimiz isə uzun illər eyni sferada çalışaraq, bu gün özünü  işgüzar xanım kimi tanıtmış, təsdiq etmiş  Tükəzban Əkbərovadır. Tükəzban xanım orta məktəbi bitirdikdən xidmət sahəsində çalışmağı seçir. Və hər şey bu seçimdən başlayır:
 
 
- Hər birimiz  orta məktəbi bitirəndən sonra  hansısa bir peşənin arxasınca getməyi arzulayırıq. Mən də uşaqlıqdan çox sevdiyim, bəyəndiyim  stilist peşəsinin iziylə getdim. Qadınlara xidmət etməyi seçərək stilist kimi ilk addımlarımı çox gənc yaşlarımda atdım.   Peşəni sevmişdim, incəlikləri öyrəndim, həvəslə işə başladım.  Bu sahədə artıq 30 ildir fəaliyyət göstərirəm. Və ilk öncə salonda stilist kimi işə başladım. Bir müddət çalışdıqdan sonra  təcrübəmi artırmaq üçün başqa ölkələrə getdim.Türkiyədə, Rusiyada təcrübələr keçdim.  Bilirsiniz ki, Azərbaycan qadınları dünyanın bütün xanımlarından baxımlı və gözəldirlər. Ona görə də ölkəmizdə qadınlarımıza xidmət daha çox lazım olduğuna görə, Azərbaycana döndüm.  Bir müddət çalışdıqdan gözəllik mərkəzi açmaq qərarına gəldim. Bu mənim çoxdankı arzum idi. Və arzum gerçəkləşdi... 
 
 
1990-cı illərdə Azərbaycandakı ilk gözəllik mərkəzlərindən birinin rəhbəri  mən olmuşam. Gözəllik mərkəzində çalışmaq istəyən xanımlarımızı dəvət etdim. İşi öyrənmək istəyən gənclərə təmənnasız təcrübə imkanı yaratdıq və işlə təmin etdik.  Hazırda böyük bir kollektivimiz var. Beauty hollda illərlə  bərabər çalışdığımız bir çox təcrübəli ustalarla, mütəxəssislərlə müştərilərimizin zövqünü oxşamağa çalışırıq. Və mənə elə gəlir ki, işimizin öhdəsindən uğurla gəlirik.  Beauty Spa  mərkəzimiz də həmçinin xanımlarımızın xidmətindədir. Başqa ölkələrdə peşəkar kurslar keçmiş təcrübəli ustalarımız münasib qiymətlərlə bütün arzu edən xanımlara xidmət etməyə, onları gözəlləşdirməyə  hazırdır. Biz onlara istədikləri  formada xidmət edə bilərik. 
 
 
İllərin təcrübəsindən sonra düşündüm ki, xanımlarımızı gözəl bir geyim mağazası ilə də sevindirmək olar. Əgər buna zövq, istək, dəstək varsa niyə də olmasın?  Elə bu məqsədlə  gözəl bir butik açmağa start verdim. Artıq 10 ildən artıqdır ki, xanımlarımız üçün bir butik də fəaliyyət göstərir.  Indi xanımlarımız  həm gözəllik mərkəzindən, həm butikdən istifadə edirlər. Bu da bizim üçün sevindirici haldır.
 
 
Sevindiricidir ki, ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunması və  xanımların cəmiyyətdə fəal rol oynamasını müşahidə edirik. Ölkəmizdə qadın-kişi bərabərliyinin qanunvericiliklə nizamlanması da ürəkaçandır. Bildiyiniz kimi,  son zamanlar dövlətin əsaslı dəstəyi sayəsində  sahibkar qadınların sayı çoxalmaqdadir. Bu da biz qadınların potensiallarını realizə etməsi üçün çox önəmlidir. Bu gün ölkəmizdə qadınlar potensiallarını realizə etmək gücünə sahibdirlər. Bu gün dövlətimizin çox uğurlu qadın siyasəti müşahidə olunur. Bu da bizim qadınlar üçün çox böyük dəstəkdir. Dövlətimizə çox təşəkkür edirik ki,  qadınlarımızın işləməsi üçün hər cür şərait yaradıbdır. 
 
 
Bir ölkədə qadın haqlarını incələməklə o ölkənin demokratik dəyərlərə verdiyi əhəmiyyəti bilmək olar. Azərbaycanda qadınlara göstərilən diqqət və ictimai həyatda qadınların fəallığı, o cümlədən qadın hüquqlarını qoruyan qanunvericilik bazasının mövcudluğu buna misaldır. Lider TV-de yayimlanan " Gender” proqraminin əsas qayəsi də yaradılan bu səraitdən yararlanan fəal xanimları  siz oxucularla  daha yaxından tanıs etməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar