Banklar daha çox kredit verməyə başlayıb

19:50 23-07-2021 | icon 464 | İqtisadiyyat
Banklar daha çox kredit verməyə başlayıb

2021-ci il iyul ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 15 258 100 000 manat təşkil edib.

 

Versus.az xəbər verir ki, Mərkəzi Bankdan əldə edilən məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz, aylıq müqayisədə isə 1,3 faiz çoxdur.

 

Bu isə o deməkdir ki, iyun ayı ərzində bankların kredit portfelinin həcmi 191 000 000 manata yaxın artıb. Ölkədə problemli kreditlərin həcmi isə 914 600 000 manat olub və əvvəlki ayla müqayisədə 0,8 faiz artdığı halda, illik müqayisədə 14,2 faiz azalıb. Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit portfelinin 6 faizini təşkil edib.

 

Kreditlərin 2 882 300 000 manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz, aylıq müqayisədə isə 0,3 faiz çoxdur.

 

Özəl banklar tərəfindən isə 11 974 500 000 manat həcmində kredit verilib. İllik müqayisədə kredit həcmi 3,4 faiz, aylıq müqayisədə isə 1,3 faiz çoxdur.

 

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi 401 200 000 milyon manat olub. Bu illik müqayisədə 5,3 faiz, aylıq müqayisədə isə 6,8 faiz çoxdur.

 

2021-ci il iyul ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 7 323 100 000 milyon manat olub. Bu isə cəmi kreditlərin 48 faizini təşkil edib. İstehlak kreditlərinin həcmi illik müqayisədə 12 faiz, əvvəlki ayla müqayisədə isə 2,4 faiz çoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ