SOCAR nəhəng layihədə iştirak edəcək

15:27 29-07-2021 | icon 511 | İqtisadiyyat
SOCAR nəhəng layihədə iştirak edəcək

SOCAR İsveçrənin enerji təminatında fəal iştirak edən iki şirkətlə birgə gücü 10 MVt-a qədər olan elektroliz zavodu layihəsində iştirak edəcək.

 

Versus.az xəbər verir ki, Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Switzerland” həmin zavodu İsveçrənin Avropada lider enerji istehsalçılarından biri olan “Alpiq” və ölkənin əsas enerji təminatçılarından olan “EW Höfe” ilə birgə Freinbax şəhərində 2022-ci ilin sonunda istismara verməyi planlaşdırır.

 

Zavodun tikintisi başa çatdıqdan sonra sıfır emissiya imkanı verən illik 1000-1200 ton arasında yaşıl hidrogen istehsal edəcək. Eləcə də, bu sistem hazırda ölkədə qurulan regional istilik şəbəkəsinə daxil olacaq. Beləliklə, zavod ümumi səmərəlilik baxımından yeni standartlar müəyyənləşdirəcək və İsveçrənin iqlim dostu enerji təminatına mühüm töhfə verəcək.

 

Enerji keçidi kontekstində yaşıl hidrogen az emissiyalı və maksimum aşağı karbon fəaliyyətinin açarlarından biri hesab edilir. Bu zavodun qurulmasının Paris İqlim Sazişinin məqsədlərinə çatmaq üçün vacib amil olduğu nəzərə çatdırılır.

 

Zavod ölkədə yaşıl hidrogen istehsalı üçün nəzərdə tutulan ən böyük zavod olacaq və yüksək hasilata sahib olacaq. Bununla da SOCAR İsveçrədə yaşıl hidrogen istehsalını yeni səviyyəyə qaldırmağa təkan verəcək. 

 

Hasilatdan əldə edilən hidrogen əsasən nəqliyyatda istifadə ediləcək. Layihənin icrası ilə birgə şəhərin magistral yolunun hər iki tərəfində hidrogen yanacaqdoldurma məntəqələrinin quraşdırılması gözlənilir. Zavodda istehsal edilən məhsul İsveçrədəki digər hidrogen yanacaq stansiyalarına da veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON