Tramp Fətullah Güləndən danışdı


ABŞ Prezidenti Donald Tramp noyabrın 17-də Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının hələlik müzakirə olunmadığını bildirsə də, sonradan bu məsələyə qayıda biləcəyini istisna etməyib.
Versus.Az TASS agentliyinin məlumatına istinadən xəbər verir ki, Amerika lideri bu barədə Kaliforniyaya səfərindən öncə Ağ evin qarşısında jurnalistlərə bildirib.
Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, ABŞ Prezidenti Səudiyyə Ərəbistanına təzyiqi azaltmaq üçün Güləni ölkədən çıxarmaq kimi bir fikirlərinin olmadığını qeyd edib. Ər-Riyadı ticarət və iqtisadi baxımdan Vaşinqtonun yaxın müttəfiqi adlandıran Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşdıqlarını, Türkiyə ilə əlaqələri genişləndirmək istədiklərini vurğulayıb.
Xatırladaq ki, Ankara Fətullah Güləni 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdində təqsirləndirir və onun ekstradisiyasını israrla tələb edir.
Xəbər lenti

Qiymət artımının səbəbləri
Növbəti devalvasiyaya işarə, yoxsa…
Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:
“Bu partiyaların birləşib-ayrılmalarını çox müşahidə etmişik”
“Qarabağ komitələrinin çox olması gücün parçalanması deməkdir”
“Xocalı şikəstəsi” kitabının təqdimatı olub
"ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır"
Avropa Liqasında 1/8 finalın püşkü atılıb
Xocalı Soyqrımının 27-ci ildönümü anılıb
Azərbaycanın ilk snayperçi qadını AXCP-nin qonağı oldu
"Azərbaycanın Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları ilə təchiz olunub"
Həcc ziyarətinə getməyin builki qiyməti
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb"
İsraildə soyqırım qurbanları anılıb
Bu avtobusda da pulsuz "Wi-Fi" olacaq
Yazın gəlişinə 1 ay qaldı - QAR GÖZLƏNİLİR
Mühüm sənəd təsdiqləndi
İrəli
