“ZİMA” yenə balaca istedadları səsləyir

12:36 18-11-2018 | icon 1042 | Şou-biznes
“ZİMA” yenə balaca istedadları səsləyir

 

Xatırlayırsınızsa 2016-cı ildə Bakıda "ZİMA" adlı estrada mahnılarının möhtəşəm uşaq musiqi festivalı keçirilib. Uşaqlar üçün bu unudulmaz musiqi bayramını təşkil edən Beat Group artıq II festivalın hazırlığına başlayır və 6-dan 16-dək yaş arası olan uşaqlar üçün əlavə kastinq elan edir.

 

Versus.Az-ın məlumatına görə, bu il festival beynəlxalq səviyyədə olacaq, çünki qonşu ölkələrdən uşaqların cəlb edilməsi planlaşdırılır. Həmçinin, Azərbaycan pop ulduzlarının çıxışları gözlənilir.

 

II "ZİMA" uşaq estrada mahnıları festivalı 2019-cu il 16 fevral tarixində Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Bu il İTV telekanalı sayəsində festival televiziya layihəsi statusunu aldı. Final qala- konsertindən 3 ay əvvəl kanal festivalın bütün hazırlıq prosesini həftəlik gündəliklərdə işıqlandıracaq və tamaşaçı iştirakçıların hazırlıq prosesi ilə tanış ola biləcəklər.

 

Həmçinin ilk "ZİMA" uşaqlarının iştirakı də nəzərdə tutulur, odur ki, qala konsertin aparıcıları Rüfət Məmmədov və Nəzrin Əsədova olacaq. Xüsusi qeyd etmək lazımdır ki, "ZİMA" müsabiqə deyil, sırf mahnı festivalı olduğundan qalib elan olunmayacaq – hər iştirakçı festivalın diplomuna layiq görüləcək. Layihə üzərində əməkdar incəsənət xadimi Ülviyyə Könül - quruluşçu rejissor, musiqi prodüseri – Rüstəm Rzayev, vokal müəllimi – Ukraynanın əməkdar artisti Rimma Şapovalova kimi peşəkar mütəxəssislər qrupu çalışır: II "ZİMA" Festivalı yalnız özlərini sübut etmək və güclərini sınamaq üçün deyil, həmçinin istedadlı uşaqların qısa müddətdə peşəkarlarla çalışaraq əvəzsiz təcrübə qazanmaq üçün əla şans olacaq! Festivala həsr olunmuş mətbuat konfransında bu layihə üzərində çalışan komanda və keçən ilki festivalın iştirakçıları olan Nəzrin Əsədova və Rüfət Məmmədov iştirak edirdilər. Uşaqlar indiyə kimi o günlərin xatirəsi ilə yaşayaraq, öz həmyaşlılarını bu layihədə iştirak etməyə çağırış etdilər. Ukraynanın əməkdar artisti Rimma Şapovalova isə azərbaycanlı uşaqlarla çalışmasından məmnun olduğunu deyərək, layihənin nəticəsində yeni istedadların üzə çıxmasını vurğuladı. Artıq seçimlər başlayıb, bir neçə nəfər seçilib, lakin müraciətlər hələ də qəbul olunur.

 

İştirak etmək istəyənlər üçün aşağıdakıları etmək lazımdır:

Hər hansı bir dildə ən sevimli mahnını oxumaq və videoya çəkmək. Çəkdiyinizi (050) 238 08 08 WhatsApp nömrəsinə göndərmək. Müraciətiniz təsdiqlənəndən sonra təşkilatçılar "ZİMA"nın potensial iştirakçısı ilə əlaqə saxlayacaq və onu çanlı dinləmələrə dəvət edəcəklər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR