Sahibkarlar “KOB növbə”-dən yararlanmağa dəvət edilir

15:38 30-08-2021 | icon 371 | İqtisadiyyat
Sahibkarlar “KOB növbə”-dən yararlanmağa dəvət edilir

Yevlax və Xaçmaz KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə etməklə, vaxta qənaət edə bilərlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Yevlax, Xaçmaz və ətraf regionlarda fəaliyyət göstərən sahibkarları bu məqsədlə yaradılmış “KOB növbə” tətbiqindən yararlanmağa dəvət edir.

 

Sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər.

 

“KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır.

 

Qeyd edək ki, 2021-ci ilin birinci yarısında Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 15 276 dövlət - biznes (“G2B”) və 1 004 biznes-biznes (“B2B”) olmaqla, ümumilikdə 16 280 xidmət göstərilib. Hazırda KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

Ətraflı məlumat üçün: https://bit.ly/3xhY4rs

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi