Fitoterapevtlər Cəmiyyətinin təqdimatı olub

16:26 22-11-2018 | icon 614 | Sağlamlıq
Fitoterapevtlər Cəmiyyətinin təqdimatı olub

 

Tibb elmlər üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanovanın rəhbərliyi altında yeni cəmiyyətin - Fitoterapevtlər Cəmiyyətinin ilk təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, Fitoterapevtlər Cəmiyyətini yaratmağı çoxdan arzuladığını qeyd edən cəmiyyətin sədri M.Qəhərmanova Azərbaycanda böyük sayda dərman bitkilərinin, ehtiyatlarının, potensialın, resursların olduğunu, bu resurslardan geniş şəkildə istifadə etməklə bağlı mütəxəssislərlə birlikdə uzun müddət araşdırma apardıqlarını və bu cəmiyyəti də elə həmin mütəxəssislərlə birgə yaratdıqlarını qeyd etdi.

 

M.Qəhrəmanova bildirdi ki, Fitoterapevtlər cəmiyyətini yaratmaqda məqsədləri ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etməkdir, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır.

 

Biologiya elmləri doktoru, professor Fəxrəddin Əsgərov, professor Rasim Axundov, tibb elmləri üzrə fəlsəfə doktoru Aidə Bəndəliyeva, professor Leyla Gərayzadə çıxış edərək cəmiyyətin ölkəmiz üçün böyük əhəmiyyətindən danışıblar.

 

Millət vəkili Qənirə Paşayeva çıxış edərək Cəmiyyətin yaradılması münasibətilə təbrik edib, uğurlar diləyib və "bu cür cəmiyyətlərin yaradılması ölkəmizin bu sahədə də inkişafına öz müsbət töhfələrini verə bilər. İnanırıq ki, cəmiyyət qısa zamanda gözəl və böyük işlər görəcək", deyib.

 

Tədbirdə iştirak etmiş Şimali Kipr Türk Cümhuriyyətindən olan təşkilat, cəmiyyət rəhbərləri, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Türkiyənin Yunus Emre İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdemir , Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva , QHT rəhbəri Zərifə Əliyeva,  ziyalılar, alimlər çıxış edərək bu kimi cəmiyyətlərin Azərbaycanın zəngin dərman bitkiləri ehtiyatının dünyada geniş tanıdılması istiqamətində əhəmiyyətini qeyd deyiblər və Fitoterapevtlər cəmiyyətinə uğurlar arzulayıblar.

 

Tədbirdə iştirak edən sənət adamları ifa etdikləri musiqi nömrələri ilə təqdimata rəng qatıblar. Sonda tədbir iştirakçıları cəmiyyətin adı və loqosu əks olunan tortu kəsiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR