Hafiz Hacıyev-Rəhim Qazıyev qalmaqalı

15:45 06-01-2018 | icon 611 | Siyasət
Hafiz Hacıyev-Rəhim Qazıyev qalmaqalı

“Özünə yığışsın, baxmaram 74 yaşı var, xəyanətlərini faktlarla ortalığa qoyb biabır edərəm”

Sabiq müdafiə naziri Rəhim Qazıyevlə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev arasında qalmaqal yaranıb. Belə ki tərəflər mətbuat vasitəsilə bir-birinə mesaj ötürüblər.

Versus.Az xəbər verir ki, az öncə modern.az saytında sabiq müdafiə naziri Rəhim Qazıyev haqda sərt fikirlər səsləndirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı tərəfdən sərt reaksiya verilib.

Xatırladaq ki, H.Hacıyev R.Qazıyevin başındakı papağı necə əldə etməsi barədə açıqlamasında sabiq müdafiə nazirinin Elçibəy hakimiyyətinə xəyanət etdiyini bildirib.

Həmin yazıdan sonra R.Qazıyev Criminal.az saytında MMP sədrinə təhqirlər ünvanlayıb. H.Hacıyevin vaxtilə AXC hakimiyyətində olduğu vaxtlar İsa Qəmbərin əlini öpməyə hazır olduğunu deyən R.Qazıyev açıqlamasının ardınca lətifə də danışıb. Papaq məsələsinə gəlincə, deyib ki, H.Hacıyev papaq nə olduğunu bilmədən ağzına gələni söyləyə bilər, yəqin qardaşından nəsə almaq üçün səfehləyir.

R.Qazıyevin təhqirini onun qocalığı ilə əlaqələndirən MMP sədri sabiq müdafiə nazirinin 74 yaşında xəriflədiyini deyib:

“Onun qardaşı bu yaxınlarda mənə dedi ki, kömək et Rəhimi həbsdən çıxaraq, biz buna qocalığına görə kömək etmək itəyirik ki, bu yaşında gününü 15 sutkalıqlarda keçirməsin, bu da ağzına, ağlına gələni danışır.
Bəli, mən demişəm və təkrar da edirəm ki, Rəhim Qazıyev Elçibəy hakimiyyətinə xəyanət edən bir adam olub. Qiyamçı Sürət Hüseynovla eyni mövqedə dayanıb. O, Azərbaycanda separatizmin çiçəklənməsinə rəvac verən biridir. Azərbaycanın bəzi rayonlarının işğal olunması ərəfəsində “özümü öldürəcəyəm” ifadəsi ilə yadda qalıb. 
Rəhim Qazıyev Rusiya kəşfiyyatına işləyən bir insan olub. Həmin dövrlərdə də biz bunun şahidi olmuşuq, maliyyə köməyi olmasına baxmayaraq, pulları hərbə vermədi, apardı haradasa gizlətdi, sonra da nəyəsə nail ola bilmədi. Çox güman ki, indinin özündə də rus kəşfiyyatına çalışır. Başındakı buxara papağı o vaxtdan qoyur. O papağı ona ermənilər vermişdi ki, qoy başına, səni tanıyaq nişangaha gəlmiyəsən.

Qəmbərov İsanın əlindən öpmək məsələsinə gəlincə, mən o adama qarşı daim mübarizə aparan olmuşam. Elçibəy tərəfdarı idim və həmin Qəmbərov İsayla Rəhim Qazıyev başda olmaqla AXC-dəki digər xəyanətkarların devirdiyi Elçibəydən sonra Azərbaycanın müstəqilliyini gerçəkləşdirən, xalqı qırğından qurtaran, bu günkü Azərbaycanı quran Heydər Əliyevi dəstəkləmişəm və bu gün də onun siyasi kursunu uğurla davam etdirən qardaşım İlham Əliyevin dəstəkçisiyəm. Rəhim Qazıyev əslində çox gözəl bilir mən necə adamam. Sadəcə, yazıq ya qocalığından nələrisə səhv salır, ya da Qəmbərov İsa yenə buna nə vəd edibsə, seçkiöncəsi çabalamağa başlayıb”.

H.Hacıyev R.Qazıyevin 74-75 yaşında özü barədə bilmədən verdiyi məlumata da toxunub. Belə ki R.Qazıyev məlum açıqlamasında deyir:

“Bir müddət əvvəl saytlardan birində yazmışdılar ki, Rəhim Qazıyev əsgərlikdə Usinovun sürücüsü olub və həmin vaxtdan onu xüsusi xidmətə cəlb ediblər. Mən də həmin sayta zəng edib əvvəl onların yazıdğına heyrətimi bildirdim və soruşdum ki, 50-55 il əvvəl olanları necə tapıb yazırsınız? Onlar da sevinib qürur duydular yazdıqlarından. Sonra dedim ki, mən əsgərlikdə olmamışam axı…”

H.Hacıyev deyir ki, özünün etiraf etdiyi kimi R.Qazıyev əsgərlikdə olmayıb:

“Hərbi məktəb keçməyən bu adam o vaxt müdafiə naziri oldu. Əlinə bir silah alıb hədə-qorxu ilə danışırdı. Mən üzümü məcburi köçkünlərə tutub deyirəm, gedin Rəhim Qazıyevdən soruşun ki, “özümü öldürəcəyəm” deyirdin, niyə öldürmədin bəs? Rəhim Qazıyev özünə yığışsın, baxmaram 74 yaşı var, xəyanətlərini faktlarla ortalığa qoyb biabır edərəm onu. Qəmbərov İsa qıjığa verir, bu da ağlına gələni danışır. O eşşək barədə danışdığı aniktot da yəqin özünə və özü kimilərinə aiddir ki, belə əzbərdən bilir. Qorxmursa gəlsin televiziyada debata çıxaq, görüm üzümə qarşı da belə danışa biləcəkmi”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı