Daha dörd sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verildi

18:48 14-09-2021 | icon 593 | İqtisadiyyat
Daha dörd sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha dörd sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

 

Bunlar “VATT” MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsinə dair “Powerbank rental” layihəsi, “ALT SERVİCE” MMC-nin fasiləsiz elektrik enerjisi üçün “Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və “TECHFİN” MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir. 

 

“Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad olunurlar. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.

 

Məlumat üçün bildirək ki, indiyədək KOBİA tərəfindən 14 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

 

Mikro və kiçik sahibkarlar “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər.

 

“Startap” şəhadətnaməsi əldə etmək üçün müraciət forması, lazım olan sənədlər və müvafiq meyarlarla bağlı ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON