İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” SES-in AÇILIŞINDA

12:02 04-10-2021 | icon 718 | İqtisadiyyat
İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” SES-in AÇILIŞINDA

Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Suqovuşan-1” stansiyasında görülən işlər barədə məlumat verib.

 

Bildirilib ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.

 

Prezident İlham Əliyev və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyası ilə də tanış olub.

 

Diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. “Suqovuşan-2” stansiyasında ildə 8,7 kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

 

Dövlətimizin başçısı stansiyaları işə salıb.

Qeyd edək ki, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

 

Sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə tanış olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi