Pensiyaların orta aylıq məbləği artıb

14:26 28-10-2021 | icon 467 | İqtisadiyyat
Pensiyaların orta aylıq məbləği artıb

2021-ci ilin doqquz ayında pensiyaçıların sayı 1 205 346 nəfər olub.

 

Versus.Az xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” adlı hesabatında öz əksini tapıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, onlardan 709,9 mini yaşa görə, 352,9 mini əlilliyə görə, 142,6 mini ailə başçısını itirməyə görə pensiya ilə təmin edilib.

 

2021-ci ilin doqquz ayı üzrə bütün növ pensiyalarda orta aylıq məbləğ 329 manat olub. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

 

Yaşa görə orta aylıq pensiyalarda məbləğ isə 358 manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 8,8 faiz çoxdur.

 

Əlavə edək ki, Naxçıvan istisna olmaqla ölkə üzrə 52 min ailə ünvanlı sosial yardım ilə təmin edilib. Ailəyə düşən orta aylıq məbləğ 267 manat olub, bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ