“Azəriqaz” yeni sayğaclar alacaq

16:08 04-11-2021 | icon 785 | İqtisadiyyat
“Azəriqaz” yeni sayğaclar alacaq

“Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb.

 

“Azəriqaz” İB-dən Versus.Az-a verilən məlumata görə, Birliyin baş direktoru Ruslan Əliyevlə ASC-nin icraçı direktoru Ayət Bağırovun imzaladığı sənəd ölkə başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb.

 

“Gəncə Cihazqayırma Zavodu” ASC ilə imzalanan memorandum G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatın yerli istehsalçı tərəfindən ödənilməsi, istehsal edilməsinin hüquqi bazasını təmin edəcək. 

 

Tədbirdə çıxış edən Birliyin baş direktoru Ruslan Əliyev bildirdi ki, bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq, eyni zamanda xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq, şəffaflığı təmin edəcək. Üstəlik, fəaliyyət sahəsi üzrə xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına şərait yaradacaq.

 

“Gəncə Cihazqayırma Zavodu” ASC-nin icraçı direktoru Ayət Bağırov isə əlavə edib ki, istehsal edəcəkləri sayğaclar abonentlərə göstərilən yüksək səviyyəli xidmətə adekvat olacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Xəyallar gerçəkləşir