Paşinyan etiraf etdi

12:39 26-11-2021 | icon 342 | Dünya
Paşinyan etiraf etdi

"Qarabağ Azərbaycanındır, Zəngəzur dəhlizinə əngəl olacaq gücümüz yoxdur"

 

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun icra orqanlarının rəhbərləri ilə görüş keçirib.

 

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, görüş zamanı Nikol Paşinyan Qarabağla bağlı etiraflar səsləndirib.

 

O, Qarabağın Azərbaycanın olduğunu söyləyib və görüşdə iştirak edənlərdən də bu fikri qəbul etmələrini istəyib:

 

“Qarabağ Azərbaycanındır, bizi 30 il ərzində aldadıblar, məsələnin sonu da baş verənlər kimi olmalıydı”.

 

Görüş çərçivəsində Nikol Paşinyanın erməni ictimaiyyətində sensasiya kimi qarşılanan daha bir etirafı da diqqətdən yayınmayıb. O, faktiki olaraq Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq gücdə olmadığını etiraf edib. Nəşr qeyd edir ki, Nikol Paşinyan görüş zamanı ölkəsinin yolları bağlaya bilməyəcəyini, Azərbaycana Naxçıvana gediş-gəliş üçün yol verməyə məcbur olduğunu vurğulayıb. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni hərb yolu ilə də həll edə bilər.

 

“Bizim isə buna müqavimət göstərmək üçün resurslarımız yoxdur”, - deyə N.Paşinyan bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir