“Bakı Media həftəsi” keçiriləcək

12:25 09-12-2021 | icon 824 | Gündəm
“Bakı Media həftəsi” keçiriləcək

"Region mediasına dəstək layihəsi də həyata keçirəcəyik"

 

“Milli mətbuat günü ərəfəsində “Bakı Media həftəsi”nin keçirilməsi nəzərdə tutulur”.



Versus.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.



Onun sözlərinə görə, Azərbaycanda olan ən məşhur biznes subyektləri ilə razılıq əldə olunub:

“Yaxın vaxtlarda biznes subyektləri ilə media subyektləri arasında müzakirələr keçiriləcək. Bu görüşdə reklam məsələləri, media subyektlərini və biznes subyektlərini narahat edən məsələlər müzakirə ediləcək. Media subyektləri üçün biznes təlimlərinin keçirilməsi də planlaşdırılır”.



Ə.İsmayılov bildirib ki, “İctimai proseslər mediada” adlı Davos formatında tədbir təşkil etməyi düşünürlər:

“Bu adı gələcəkdə inkişaf etdirib başqa adla da tədbir keçirə bilərik. Çünki ictimai proseslər, məişət zorakılıqları ilə bağlı qurumlar tərəfindən mediaya tənqidlər səsləndirilir. Bu tədbirdə bütün media subyektləri və həmin qurumların nümayəndələri də iştirak edəcək. Biz region mediasına dəstək layihəsi də həyata keçirəcəyik”.


Qeyd edək ki, bu gün MEDİA-pda bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.  Görüşdə Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulanıb, ondan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatəsi barədə geniş məlumat verilib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...