Daha bir çempionat start götürür

15:23 16-12-2021 | icon 568 | İdman
Daha bir çempionat start götürür

Sabah voleybol üzrə 2021/2022 mövsümünə start veriləcək.

 

Voleybol Federasiyasından Versus.Az-a verilən xəbərə görə, sabah saat 15:00-da Biləcəri qəsəbəsində yerləşən “Murov” klubunun idman zalında açılış mərasimi baş tutacaq.

 

Turnirə qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start veriləcək. Görüş saat 16:00-da başlayacaq. Saat 18:00-dan etibarən kişi voleybolçular meydana çıxacaq. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcək.

 

Super Liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Ekspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

 

Qadın voleybolçuların yarışı altı, kişilərin mübarizəsi dörd dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

 

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

 

Qeyd edək ki, bu ay qadın və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.

 

Xatırladaq ki, daha əvvəl güləş, üzgüçülük, taekvondo kimi idman növlərində Azərbaycan çempionatı keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT