Azərbaycan çempionatına start verilib

17:00 17-12-2021 | icon 616 | İdman
Azərbaycan çempionatına start verilib

Bu gün voleybol üzrə Azərbaycan çempionatına start verilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov açılış nitqi ilə çıxış edib.

 

O bildirib ki, 1 illik fasilədən sonra çempionat bərpa olunub. C.Qurbanov komandalara uğur arzulayaraq, yarışı açıq elan edib.

 

Həmçinin federasiyanın vitse-prezidenti Faiq Qarayev də çıxış edərək bu mövsüm mübarizə aparacaq komandaların adlarını açıqlayıb.

 

Daha sonra Dövlət Himni səslənib və qadınlar arasında “Murov” və “Abşeron” komandalarının oyununa start verilib.

 

Qeyd edək ki, qadınlar arasında Super Liqada “Murov”, “Abşeron”, “Azərreyl” və UNEC, kişilər arasında Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Ekspress” və “Sərhədçi” mübarizə aparacaq.

 

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT