Laçından Moskva və Kişinyov görüşü necə görünür?

13:24 30-05-2023 | icon 798 | Siyasət
Laçından Moskva və Kişinyov görüşü necə görünür?

Təyyar Yəhyayev: “Sülh sazişinin imzalanması tarixi getdikcə yaxınlaşır”

 

“Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunan zamanlarda, torpaqlarımızı işğaldan azad edəndən sonra da hökumətimiz sülh danışıqlarına böyük önəm verib. Haqlı tərəf olaraq Azərbaycanın prezidenti cənab İlham Əliyev bütün danışıqlarda beynəlxalq hüquqa əsaslanan fikirlərlə həmişə Ermənistan tərəfini çətin vəziyyətə salıb”.

 

Bunu Versus.Az-a Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin sədr müavini Təyyar Yəhyayev Ermənistan-Azərbaycan danışıqlarının intensiv dinamikasının Kişinyov görüşündə özünü necə ifadə etməsi ilə bağlı açıqlamasında bildirib.

 

T.Yəhyayev bildirdi ki, Kişinyov görüşü öncəsi ölkə başçısının Laçın səfəri zamanı oradan ermənilərə verdiyi mesajları yeni görüş ərəfəsində növbəti qətiyyətin anonsları hesab etmək olar:

 

“Rusiya prezidentinin dəvəti ilə Avrasiya İqtisadi Forumunda qonaq qismində iştirak edən Azərbaycan Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın ittihamlarına tutarlı cavablar verib. Ölkə başçımız - “Biz beynəlxalq qanunlara uyğun olaraq Ermənistan-Azərbaycan sərhədində öz sərhəd keçid məntəqəmizi qurmuşuq. Xankəndi və əks istiqamətdə hərəkət edən erməni vətəndaşları sərhəd kecid yoxlanışından sonra rahat hərəkət edə bilir. Heç bir blokadadan söhbət gedə bilməz” deyib.

Dəhliz məsələsinə gəlincə, Prezident “Mən şimal-cənub, şərq-qərb dəhlizi məsələsində də eyni “dəhliz” sözündən istifadə etmişəm. Dəhliz sözü heç kimin ərazisinə bais olmaq kimi niyyəti özundə ehtiva etmir”-deyərək erməni baş nazirin yalan və ittihamlarını sıfırladı”.

 

T.Yəhyayev Kişinyov görüşü öncəsi Zəngilan istiqamətində erməni diversiya qrupunun təxribatına da diqqət çəkərək, bunu ermənilərin köhnə adət-ənənəsi adlandırıb və belə halların davam edə biləcəyini istisna etməyib.

 

Onun fikrincə, bu təxribatlarla Kişinyov görüşünün əngəllənməsinə, yaxud da görüş zamanı danışıqların daha artıq vasitəçilərin iştirakı ilə hələ uzun müddət çözülməsi tələbini ortaya qoymağa çalışırlar:

 

“Bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin qətiyyəti və iradəsi sayəsində sülh sazişinin imzalanması tarixi getdikcə yaxınlaşır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

Mədəkiçiltmə erasının sonu gəlir