“Məmuru belə, deputatı elə, adam deməyə söz tapmır”

15:47 30-11-2017 | icon 539 | Siyasət
“Məmuru belə, deputatı elə, adam deməyə söz tapmır”

“O qədər talançılıqla məşğul olurlar ki…”

“Bu qədər məmur var, amma hamısı şəxsi maraqlarını güdür. O qədər talançılıqla məşğul olurlar ki, gözləri ayaqlarının altını da görmür”.

Versus.Az xəbər verir ki, bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Qeyd edib ki, prezidentin xəbərdarlıqlarına baxmayaraq, məmurlar, eləcə də onların övladları yenə öz harınlıqlarından qalmırlar:

“Hər gün saytlardan hansısa məmurun övladının maşınla kimisə vurduğunu, yaxud kimisə yumruqladığını oxuyuruq. Sanki bu məmurlar qəsdən belə hərəkətlər edirlər ki, insanlar narazı qalsınlar. Bizim cəmiyyət də ən kiçik problemlə üzləşən kimi günahı prezidentdə axtarmağa çalışır. Prezident bir nəfərdir. Amma minlərlə məmur vəzifəsi var, hərə öz işini görməlidir. Bunlarsa harınlamaqdan başqa bir şey bimirlər. Prezident xəbərdarlıq edir və tələb qoyur ki, qudurğanlıq edən məmur işdən çıxarılacaq, övladı da həbs olunacaq. Amma bu məmurlar ölkə başçısının iradəsinin ziddinə gedirlər.

Əli Həsənovun nəvəsinin olayı yeni olanda Astan Şahverdiyev deyirdi ki, Nail Allahverdiyev özü işləyib pul qazanıb maşın alıb. Amma məhkəmədə özü ifadə verdi ki, bu günə qədər heç yerdə işləməyib. Məmuru belə, deputatı elə, adam deməyə söz tapmır. İndi də bütün imkanlarını səfərbər ediblər ki, o uşağın cəzasını yüngülləşdirsinlər, yaxud da bəraət versinlər. Tək bu deyil ki? Bu günlərdə xarici mətbuatda bizim məmur balalarının şəkilləri yayıldı. Pul, milyonluq maşınlar, yaxta və başqa şeyləri orada görmək olar”.

Partiya sədri onu da nəzərə çatdırıb ki, milyonluq varidatı üzə çıxan məmurlarla bağlı araşdırma başlamalıdır:

“Nə qədər ki, harınlamış məmurların talan elədikləri dövlət vəsaitləri geri qaytarılmır bu vəziyyət belə davam edəcək. Əgər bu məmurların öhdəsindən gələ bilmirlərsə, səlahiyyət versinlər mənə, mən gələrəm. Hesab etməsinlər ki, axıra qədər harınlıq edəcəklər. Gələn ay böyük brifinq keçirib hamısının xəyanət planlarını açıb ortaya qoyacağam. Mənim barəmdə nə fikirləşir fikirləşsinlər, amma mən bu yoldan dönən deyiləm”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür