Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını alır!

15:35 08-01-2022 | icon 485 | Geopolitika
Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını alır!

KTMT bəhanədir: Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını alır!

Rəsmi İrəvanın Qazaxıstanda baş verən hadisələrlə bu qədər yaxından maraqlanması, hətta həvəslə “sülhməramlı” göndərməsi təsadüfi deyil. Çünki Qazaxıstanda baş verən son hadisələrdən ən çox sevinən Ermənistan Baş naziri Nikol Paşinyandır . Paşinyan onsuzda 44 günlük müharibə zamanından bəri Qazaxıstandan əvəz çıxmaq üçün fürsət gözləyirdi.

 

 

Bunu Versus.az-a politoloq Turan Rzayev Qazaxıstan hadisələri fonunda Putinlə PAşinyanın telefon danışıqlarına diqqət çəkərkən bildirib.

 

 

T.Rzayev yada salıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 70 hərbçi göndərib. Bu günlər isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə edib. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Politoloq bildirib ki, 44 günlük müharibə zamanı rəsmi İrəvan Azərbcaynın Ermənistan ərazilərinə hücum etdiyini, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirərək təşkilatdan yardım istəmişdi. Ermənistanın yardım tələbinə isə başda Qazaxıstan olmaqla, Belarus və digər türk ölkələri qarşı çıxmışdı. Qazaxıstan bundan başqa, 44 günlük müharibə zamanı Azərbaycana dəstək nümayiş etdirmiş, KTMT-in ehtimal müdaxilə ssenarilərin də qarşısını almışdır. İndi isə Paşinyanın əlinə yaxşı fürsət düşüb və ondan maksimum istifadə etməyə çalışır.

 

İndiki halda Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığına gəlincə T.Rzayev deyib ki, bu təsadüfi deyil.

 

"Qazaxıstanda hazırda 40.000-dən çox erməni əsilli vətəndaş yaşayır. Paşinyan Qazaxıstana 70 hərbçi göndərsə də Kreml daha artığını istəyir. Mümkündür ki, Kreml sahibi Paşinyanda Qazaxıstandakı erməni əsili vətəndaşların ixtişaşları daha da qızışdırması, hətta birbaşa iştirak etməsini də istəsin. Onsuz da Kremlin mətbəxinin məhsulu olan Qazaxıstandakı “etirazlara” indi də Kremlin istəyi ilə ermənilərin də qarışması Putinin hədəflərinə biraz da yaxınlaşması deməkdir".

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"