“Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir CANLI İFA

21:59 28-01-2022 | icon 469 | Şou-biznes
“Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir CANLI İFA

 

Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L'veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.

 

Şou-biznes ulduzları, jurnalistlər, bloqqerlər və iri qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.

 

Tədbirin təşkilində dəstək göstəriblər: “Beverly Hills” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery”şirkəti, Red Bull və Sheh su.

 

Filmin yaradıcısı, rejissor, ssenarist və baş rolda çəkilən Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır. Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qız.

 

Baş rollarda: Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel.

 

Film haqqında qısa məlumat: Məşhur prodüser əyalətdə unikal səsi olan qızı tapır: onun ulduz olmaq və dünyanın ən tanınmış müğənnilərindən biri olmaq üçün böyük şansı var. Ancaq xəyaldan onun həyata keçməsinə qədər bir çox addımlar var. Və sevgi həyatda əsas şeyə çevriləndə hədəfə doğru getmək çox çətindir ...

 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır