Tələbələrin NƏZƏRİNƏ

11:26 16-02-2022 | icon 566 | Təhsil
Tələbələrin NƏZƏRİNƏ

Fevralın 16-dan 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna başlanılıb.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.

 

Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün portala daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üztanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.

 

Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir.

 

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var