Müəllimlərin yerdəyişmə etməsi MƏHDUDLAŞDIRILIR

12:00 16-02-2022 | icon 359 | Təhsil
Müəllimlərin yerdəyişmə etməsi MƏHDUDLAŞDIRILIR

“Müəllimlərin işə qəbulu müsabiqəsindəki dəyişikliyə əsasən, onların 3 il ərzində yerdəyişmə etməsi məhdudlaşdırılır”.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib. 

 

Onun sözlərinə görə, işə yeni qəbul edilən müəllimlər ya yerdəyişmə edirlər, ya da yenidən işə qəbul üçün müraciət edirlər:

 

“Bu, təhsil prosesinin fasiləsizliyinə təsir edir. Qərara alınıb ki, yeni işə qəbul olan müəllimin 3 il ərzində yerdəyişməsinin məhdudlaşdırılması labüddür. Müəllimlərin fasiləsiz bir yerdə işləməsi pedaqoji fəaliyyətə müsbət təsir edəcək”.

 

“Bu ildən etibarən ucqar kənd yerlərində 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1,5 əmsalına vurularaq hesablanacaq. Eyni zamanda, həmin yerlərdə 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq”, - deyə o qeyd edib.

 

Nazirlik rəsmisi qeyd edib ki, vakansiya seçimində şəhid ailəsi üzvlərinə üstünlük veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi