Nazir Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşüb

16:43 21-02-2022 | icon 295 | Təhsil
Nazir Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşüb

Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir.

 

Versus.Az xəbər verir ki, nazir bu gün Tbilisidə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini ziyarət edib.

 

Universitetin rektoru Giorgi Şarvaşidze ilə görüşən Emin Əmrullayev iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını, eləcə də Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında əməkdaşlığı müzakirə edib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. Emin Əmrullayev Tbilisi Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

 

Təhsil naziri daha sonra Marneuliyə yola düşərək burada Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Çay Evi” Tədris və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzdə fəaliyyət göstərən rəqs, xalçaçılıq, rəssamlıq, xarici dil dərnəklərinin şagirdləri öz məharətlərini nümayiş etdiriblər. Emin Əmrullayev daha sonra Marneuli, Qardabani, Bolnisi, Dmanisidəki azərbaycandilli məktəblərin müəllimləri və direktorları ilə də görüşüb. Görüş zamanı azərbaycandilli məktəblərdə təlim-tədrisin inkişafına Azərbaycanın mümkün dəstəyi müzakirə edilib. Görüş zamanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyətini hər zaman diqqətdə saxlayır və bu istiqamətdə hər iki ölkənin aidiyyəti qurumları arasında birgə iş aparılır.

 

Emin Əmrullayev də Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin problemlərinin diqqətdə saxlanıldığını qeyd edib. Vurğulayıb ki, gürcü və Azərbaycan xalqı tarixən sülh və dostluq şəraitində yaşayıb və mehriban əlaqələr hər iki ölkənin ortaq dəyəridir:

“Dostlar arasında müzakirə ediləcək məsələlərin olması normaldır. Müstəqillik əldə edildikdən sonra məsələlərin yeni bir bucaq altında müzakirəsi vacib olub”.

 

Qeyd edək ki, E.Əmrullayev azərbaycandilli məktəblərin müəllimləri ilə görüşdən sonra Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır