Tələbə gənclər üçün yaradılan karyera imkanları GENİŞLƏNİR

17:36 21-02-2022 | icon 465 | Təhsil
Tələbə gənclər üçün yaradılan karyera imkanları GENİŞLƏNİR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə fevralın 19-da “Tea Talks 2.0” - tələbələrin karyera planlaması və iş mühitinə adaptasiyasına dəstək proqramının açılış mərasimi və “Yelo Karyera Günü” keçirilib. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən müharibəsində torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbir Gənclər Fondunun nümayəndəsi, “Yelo Bank”ın İnsan Kapitalının İdarəedilməsi Departamentinin direktoru Nigar İbadzadə və ATGTİ-nin sədri Pərviz Mirələmlinin açılış nitqləri ilə davam edib. Onlar öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti nəticəsində əldə edilən uğurlar, ölkəmizin artan iqtisadi inkişafı kontekstində insan kapitalının möhkəmləndirilməsi zərurəti haqqında fikirlərini bölüşüb, gənclər üçün yaradılan geniş imkanlar, hazırkı proqramın yaxın aylar ərzində tələbələrə verəcəyi töhfənin əhəmiyyətini vurğulayıblar. 

 

Proqram rəhbəri Leyla Məmmədzadə çıxışı zamanı proqramın dövlət gənclər siyasətinə verəcəyi töhfələri qeyd edərək, tələbələrin karyera planlaması və iş mühitinə adaptasiyasına dəstək olmaq məqsədilə həyata keçiriləcək layihəni tədbir iştirakçılarına təqdim edib.

 

L.Məmmədzadə proqramın missiya və hədəflərindən danışıb, fəaliyyət planı və intensivliyi, həmçinin, ötən il 3 ay müddətində davam edən pilot “Tea Talks” proqramından fərqləndirən xüsusiyyətləri və hazırkı proqram çərçivəsində görüləcək iş istiqamətlərini qeyd edib.

 

Daha sonra tədbirə ev sahibliyi edən “Yelo Bank”ın əməkdaşları gələcək karyerasını bank sahəsi üzrə qurmaq istəyən tələbələrə təklif etdikləri imkanlardan, yeni fürsətlərdən bəhs ediblər. Tədbir növbəti karyera təcrübəsinə şans qazanmaq üçün özlərini düzgün təqdimetmə bacarıqlarını ortaya qoyan gənclərin çıxışları ilə yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi