Medalların sayını artırmaqda israrlıdırlar

15:46 23-02-2022 | icon 327 | Təhsil
Medalların sayını artırmaqda israrlıdırlar

“Azercell”in dəstəklədiyi şagirdlərin beynəlxalq bilik yarışmasında növbəti uğuru

 

Texnoloji gələcəyi qurmağa davam edən “Azercell Telekom” MMC-nin dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər.

 

Fevralın 10-18-də Rumıniyada onlayn formatda təşkil edilən “VI İnfo Cup” proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı məktəblilər 2 gümüş və 1 bürünc medal qazanıblar.

 

14 ölkədən 150- dən çox şagirdin yarışdığı müsabiqənin nəticələrinə əsasən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbinə kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bu nüfuzlu yarışmanın bürünc medalına layiq görülüblər.

 

Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin yaradılması, informatika üzrə beynəlxalq fənn olimpiadalarında iştirakını dəstəkləyir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə ediblər.

 

Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək olan “Azercell” şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və beynəlxalq səviyyədə nailiyyətlər arzu edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Xəyallar gerçəkləşir