Müəllimlərlə valideynlər üz-üzə

14:25 25-02-2022 | icon 577 | Təhsil
Müəllimlərlə valideynlər üz-üzə

Son aylar təhsil mühitində narazılıqlar səngimək bilmir. Hazırda məktəblərdə hər üç tərəf – valideyn, müəllim və şagirdlər arasında bir gərginlik hökm sürür.

 

Əksər müəllim Təhsil  Nazirliyini qınayır ki, kiçik və böyük summativ qiymətləndirmələrlə (KSQ, BSQ) bağlı elektron hesabat hazırlamaq vaxtlarının çox hissəsini alır, şagirdlərə diqqət ayıra bilmirlər.

 

Valideynlər isə KSQ-lərdə övladlarının aşağı qiymət almasında, uşaqlarının buna görə ruhdan düşməsində müəllimləri günahlandırırlar. Valideynlər sovet dövrünün qiymətləndirmə sisteminə üstünlük verdiklərini, KSQ və BSQ-nin ləğv olunmasını istədiklərini deyirlər.

 

Müəllimlər  eyni zamanda, ev tapşırıqlarını yoxlamaqda borclu olmadıqlarını deyir, Təhsil Nazirliyi tərəfindən belə tələbin olmadığını bildirir, valideynlər isə buna etiraz edirlər. Şagirdlərə gəlincə, onlar söyləyirlər ki, gündəlik dərslərə normal cavab verirlər, amma KSQ zamanı bunu doğrulda bilmirlər. Beləliklə, valideyn, müəllim və şagird kontingenti yaranan bütün bu problemlərdən çıxış yolunu yalnız Təhsil Nazirliyinin verəcəyi qərarlarda görürlər.

Bütün bunlardan başqa son dövrlər sosial şəbəkələrdə etiraza səbəb olan, müəllimlərin gözü önündə şagirdlərin əxlaqdan kənar hərəkətləri və digər bu kimi məsələlər də müzakirə edilir.

 

Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu ilə söhbətimiz zamanı yuxarıda qeyd edilən problemlərin hər birinə toxunduq.

 

Musavat.com həmin videomüsahibəni təqdim edir:

 


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür