Qubada etnik toplumlarla həmrəylik daimidir

20:47 30-12-2018 | icon 1161 | Kürsü
Qubada etnik toplumlarla həmrəylik daimidir

 

 

Həmrəylik və Yeni iliniz mübarək

 

 

ƏLABBAS MƏHƏRRƏMLİ

 

 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik və dünyanın əksər ölkələrində yeni təqvim ilinə - 2019-cu ilə keçid günüdür. Başa çatan 2018-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında özünəməxsus iz buraxdı. Azərbaycanda ilk dəfə növbədənkənar seçkilər məhz bu il keçirildi, bir sıra regional əhəmiyyətli layihələr istifadəyə verildi, Müsəlman aləmində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun və parlamentimizin 100 illiyi qeyd olundu. Çox təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı ümid və gözləntilərimiz bu il də doğrulmadı. Bununla belə, xalqımız erməni işğalında olan ərazilərimizi azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi.

 

Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə doğulub, boya-başa çatdığım doğma Qubanı, rayonumuzun zəhmetkeş camaatını qeyd etməyə bilmərəm. Orta məktəbi bitirdikdən sonra Bakıda məskunlaşsam da, necə deyərlər, bir ayağım həmişə Qubadadır, hər imkanda rayonuma, doğmalarıma baş çəkməyi özümə borc bilirəm. Quba mənim üçün həm də artıq həmyerlilərimi millət vəkili qismində Azərbaycan Milli Məclisində təmsil etməyə iddialı olduğum, ilk dəfə 2015-ci il seçkilərində buna cəhd göstərdiyim rayondur. Yeri gəlmişkən, Quba camaatının 2015- il seçkilərində mənə verdikləri dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm.

 

Quba Ata ocağımın yerləşdiyi, qohum-əqrəbalarımın məskunlaşdığı, çox sayda dəyərli ailə dostlarımızın yaşadığı rayondur. Qubaya hər gedişimdə onlarla görüşməyi özümə borc bilirəm. Rayonumuz Azərbaycanın etnik baxımdan ən rəngarəng bölgələrindən biridir. Azərbaycanlılar, yəhudilər, ləzgilər, tatlar, Ahıska türkləri və başqa etnik toplumlar yüz illər boyunca qardaş kimi yaşayıblar və yaşamaqdadırlar. Çox qürurverici haldır ki, Qubanın yəhudi əhalisinin Qod Nisanov və digər nümayəndələri dünya miqyaslı iş adamları kimi tanınmaqla, Azərbaycanı da tanıdırlar. Onun atası, əmimin yaxın dostu Simon Nisanov, mərhum atamın dostu Nisim Nisimov və digərləri olan yaxın münasibətlər doğrudan da, nümunəvi idi. Əminəm ki, Qubadakı etnik toplumlar arasındakı qardaş münasibətlər daimi olacaq.

 

Mən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, ailə xoşbəxtliyi və rifah arzulayıram. Ən böyük diləyim isə Qarabağımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Allah bu arzularımızı həyata keçirsin, Amin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK