IX sinif buraxılış imtahanlarının VAXTI

12:46 14-03-2022 | icon 767 | Təhsil
IX sinif buraxılış imtahanlarının VAXTI

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə, əvvəlcədən elan olunduğu kimi, 2022-ci il 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində aşağıda verilmiş qrafikə uyğun keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı, şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.

 

 

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər. Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verəcəkləri haqda məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.

 

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin - şagirdləri üçün imtahan mayın 1-də keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ