Hərbçilərimiz hərbi parada qatılacaqlar

13:55 22-03-2022 | icon 620 | Müharibə
Hərbçilərimiz hərbi parada qatılacaqlar

Sabah Pakistanın milli bayramı münasibətilə hərbi parad keçiriləcək.

 

Versus.az xəbər verir ki, Pakıstanın hökumət radiosunun yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri də həmin parada qatılacaqlar.

 

Xəbərdə deyilir ki, Baş nazir İmran Xan dünən bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Baş nazir deyib ki, o, Pakistan ilə Azərbaycan arasında qardaş münasibətlərinin daha da dərinləşməsini arzulayır. Bu baxımdan ticarət və turizm sahəsində böyük imkanların olduğunu vurğulayıb.

 

Baş nazir Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi dəstəklə bağlı minnətdarlığını bildirib.

 

Zakir Həsənov İmran Xana Prezident İlham Əliyevin salamlarını çatdırıb.

 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Pakistan açıq şəkildə Azərbaycana dəstək verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"