Küçədə gecələyən Vətən müharibəsi qazisi ilə bağlı AÇIQLAMA

13:52 30-03-2022 | icon 303 | Sosial
Küçədə gecələyən Vətən müharibəsi qazisi ilə bağlı AÇIQLAMA

NAZİRLİK: “Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi qazisinin küçədə gecələməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

 

Qurumdan bildirilib ki, Vətən müharibəsinin iştirakçısı Cəfərov Sədi Sahib oğlunun videomüraciətilə bağlı onunla telefon əlaqəsi yaradılıb və müraciəti araşdırılıb:

 

“Vətəndaş bildirib ki, ailə 12 nəfərdən (atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və bir azyaşlı övladı) ibarətdir, Ağcabədi rayonu, Təzəkənd kəndində yaşayır. Ailənin əməkqabiliyyətli üzvləri işsizdirlər. Lakin mülkiyyətlərində pay torpağı var. Sədinin həyat yoldaşı Cəfərova Elnarə Vaqif qızı ünvanlı sosial yardımla bağlı 21.01.2021-ci il tarixdə müraciət edib. Lakin onun bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə elektron ərizədə məşğulluq və digər məlumatları düzgün qeyd etməməsi olub. Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün qeyd edilməsinin vacib olduğu deyilib. Yeni müraciətdə məlumatların doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola bilər”.

 

S.Cəfərov həmçinin 29.06.2021-ci il tarixdə iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb olunub:

 

“Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq. Sədinin əlilliyinin qiymətləndirilməsinə gəldikdə, 06.08.2021-ci il tarixində o, əyani müayinə edilib, hazırkı vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Əlavə olaraq, Sədinin ailəsinə sığorta ödənişi (550 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib”.

 

Qeyd edək ki, ötən gün qazi S.Cəfərovun kirayə haqqını ödəyə bilməməsi səbəbindən küçədə gecələməsi barədə görüntülər yayılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ