Əli Əliyevi bugünkü məhkəmə qurtaracaqmı?

11:30 04-04-2022 | icon 496 | Hadisə
Əli Əliyevi bugünkü məhkəmə qurtaracaqmı?

Bu gün saat 12:00-da Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi olacaq. Hakim Rauf Daşdəmirovun sədrliyi ilə  keçirilən məhkəmə prosesində Sərhəd Xidmətinin kapitanı Ramin Ədilovun şikayətinə baxılacaq. 

 

Versus.az xəbər verir ki, bu barədə VİP sədrinin müavini Zaur Mahiroğlu bildirib.

 

“Əli Əliyevin həbsindən 80 gün ötür. O,  polkovnik Emil Cəfərovun iddiasına əsasən aparılan məhkəmədə verilən hökmə görə həbsdədir. Bu gün məhkəməyə gətirilən Əli Əliyev eyni ittihamla mühakimə olunacaq”.

 

Qeyd edək ki, VİP sədri Əli Əliyev 2021-ci il 30 noyabr vertolyot qəzası zamanı həlak olan 14 zabitlə bir helikopterdə olub və təlim-uçuş məşqlərində  qəza zamanı böyük möcüzə nəticəsində sağ qalan hərbi pilotçular kapitan Emil Cəfərovun və polkovnik Ramin Əbilovun barəsində ciddi iddiaları özündə əks etdirən versiyalarla çıxış edib. Partiya sədri qəza zamanı o hərbçilərin niyə sağ qalmasına şübhə ilə yanaşaraq bir sıra versiyalarla yanaşı, onların vertolyotda olmamaları ehtimalını da səsləndirib. Hərbçilər buna görə Əli Əliyevi məhkəməyə veriblər.  

 

Birinci məhkəmədə 6 ay cəza alan Əli Əliyevi ikinci məhkəmədə də növbəti 6 aylıq cəza gözləyə bilərmi?

 

Sədr müavini bildirib ki, gözləntilərdən danışmaq çətindir. Eyni zamanda o, bu məhkəməni qanunsuz hesab edir.  Onun sözlərinə görə, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

 

Z.Mahiroğlu həmçinin məhkəmənin başqa vaxta keçirilməklə uzadılacağını ehtimal edir.

Tahirə

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ