“Qobu Park 3”də su “dava”sı

17:52 06-04-2022 | icon 483 | Sosial
“Qobu Park 3”də su “dava”sı

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksində içməli suyun verilməsində problemlər var.

 

Versus.Az xəbər verir ki, bu barədə orada yaşayan sakinlərdən biri, Taleh Məmmədli bildirib.

 

O qeyd edib ki, davamlı olaraq kompleksdə su problemi yaşanır:

 

“Bir həftə əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən su ilə bağlı problemin həll olunduğu və suyun verilişinin daimi olacağı bildirilsə də, bu gün su yenidən kəsilib. ASC əməkdaşları su xəttində qəza baş verdiyini deyiblər. Suyun verilişinin neçə gün ərzində bərpa ediləcəyi bilinmir. Qurumun nə qaynar xəttinə düşmək, nə də onlayn məktub yazmaq olur. Evdə körpə var. Hər gün suyu kəsib, axşam vermək olar? İki ilə yaxındır buraya köçsək də, su problemi həll olunmur”.

 

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, vətəndaşla əlaqə saxlanılıb:

 

“Vətəndaş şikayətini birbaşa “Azərsu” ASC-nin qaynar xəttinə deyil, sayta bildirib. Şikayətlə bağlı ASC-nin Qaradağ Sukanal İdarəsinə məlumat verilib. Səbəblər araşdırılacaq və tədbir görüləcək”.

 

O qeyd edib ki, vətəndaşlar bu cür problemlərlə bağlı ASC-yə müraciət etməlidirlər. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT