Gecə klubunda yaralananlardan daha biri vəfat etdi

08:27 09-04-2022 | icon 542 | Hadisə
Gecə klubunda yaralananlardan daha biri vəfat etdi

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

 

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

 

“Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.Ya ralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb. Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi”.

 

2001-ci il təvəllüdlü G.Abdullayevin sözügedən klubda aşpaz olaraq işlədiyi bildirilir.

 

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT