Uzun müddət yas tutmaq psixi POZUNTUDUR

09:10 11-04-2022 | icon 327 | Sağlamlıq
Uzun müddət yas tutmaq psixi POZUNTUDUR

Uzun müddət yas tutub, qəm saxlamaq psixi pozulma hesab olunacaq.

 
 
Versus.Az xəbər verir ki, ÜST MKB 11 xəstəliklər təsnifatına yeni psixi pozuntu diaqnozu daxil edib.
 
 
Psixiatrlar insanın doğmasını və ya hər hansı həyati vacib məsələdə itkisindən 1 il sonra hələ də qüssə-kədərdədirsə, normal həyat və iş rejiminə qayıda bilmirsə, o zaman ona psixi pozuntu kimi yanaşıb müvafiq müalicə yazmaq lazımdır.
 
 
Öz kədərinə, itkisinə fokuslanmış insan bəzən yardım olmadan bu vəziyyətdən özü çıxa bilmir.
 
 
Baxmayaraq ki, itkidən sonra insanın narahatlığı, qüssəsi yol verilən hissdir, 1990-cı illərdən mütəxəssislər uzun müddət çəkən ağır forma kədər-qüssə halları üçün psixiatrik yardımı vacib hesab edir.
 
 
1 ildən artıq davam edən qapalılıq, yas, qüssə depressiyaya səbəb olur.
 
 
ÜST-ün MKB-11 təsnifatında yeni diaqnozun əlamətləri ətraflı qeyd olunub. Bu dəyişiklik həkimlərə imkan verəcək ki, dəhşətli itkidən sonra izolyasiyada qalan, özünə qapanan şəxsləri, məsələn ərinin ölümündən sonra tək qalan dul qadınlara və ya övladını itirən anaya düzgün tibbi xidmət göstərsin.
 
 
ÜST tövsiyə edir ki, həkimlər belə diaqnozu olan xəstələrin müalicəsini tibbi sığorta hesabına edə bilər. Bu da maliyyə səbəbindən həkimə getməyib, daha da ağırlaşan pasiyentlərin işini asanlaşdırar. /Bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT