43 ilin müəllimi nazirlikdən

ŞİKAYƏTÇİDİR

12:11 11-04-2022 | icon 450 | Təhsil
43 ilin müəllimi nazirlikdən
ŞİKAYƏTÇİDİR

“Yeddi aylıq müqavilə bağlayıb bir aydan sonra işdən çıxardılar”

 

43 ildir çalışan müəllim qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

 

Bu iddialarla bağlı onun qardaşı tərəfindən oxu.az-a müraciət ünvanlanıb.

 

Belə ki, söhbət Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbində çalışan müəllim Sevda Malışovadan gedir.

 

Qardaşı iddia edir ki, bacısı qanunsuz şəkildə işdən azad edilib:

 

“Bacım 1956-cı il il təvəllüdlü Sevda Malışova 43 il eyni məktəbdə fəaliyyət göstərib. 11 il həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 24 il isə həmin təhsil müəssisəsinin direktoru kimi çalışıb. Ötən ilin avqust ayında Ağcabədi Regional Mədəniyyət İdarəsinə Qalib Həsənov direktor təyin edilib. Sentyabr ayının 15-dən aprelin 17-nə qədər, yəni 66 yaşı tamam olana qədər S.Malışova ilə yeddi ay müddətinə müqavilə bağlanıb. Lakin oktyabr ayının 26-da Qalib Həsənov kadrlar şöbəsinin əməkdaşına tapşırıb ki, S.Malışovanı işdən azad etsinlər. Müqavilənin bir nüsxəsini ağ formada verib, digərini isə hər kəsin gözü önündə cırıb atıb. Deyib ki, mən onunla müqavilə bağlamıram. Halbuki artıq bağlamışdılar. Dediklərimizi sübuta yetirəcək sənədlər var. Əmək kitabçasının üzərində dəyişiklik edərək pozub, yeddi ayı bir ay edib. Bütün bunlar bizim əlimizdə sənəd kimi qalıb. Aidiyyəti üzrə müraciət etsək də, bizim müraciətimizə baxan yoxdur”.

 

Səsləndirilən iddialarla bağlı Ağcabədi Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, idarənin telefonları xidmət haqqının ödənilməməsi səbəbindən bağlı olub.

 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlanıb. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün