Qızların orta məktəbə getməsinə icazə veriləcək

09:54 12-04-2022 | icon 584 | Təhsil
Qızların orta məktəbə getməsinə icazə veriləcək

“Taliban” əfqan qızların orta məktəbdə oxumasına icazə verəcək.

 

Bu barədə “Taliban”ın Qətərdəki nümayəndəsi Süheyl Şahin məlumat verib.

 

Onun sözlərinə görə, bu, Əfqanıstan hökumətinin qızların təhsili üçün mexanizm və təlimat hazırlamasından sonra baş verəcək:

 

“Hazırda Əfqanıstanda bütün dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Burada hər iki cinsdən olan tələbələr bütün ixtisaslar üzrə dərslərdə iştirak edirlər. Ümumi mexanizm işlənib hazırlanana və göstərişlər verilənə qədər yalnız 6-12-ci sinif şagirdləri üçün dərslər müvəqqəti dayandırılıb”.

 

Xatırladaq ki, martın 23-də “Taliban” orta məktəbli qızların məktəbə getməsini qadağan edib. Təhsil Nazirliyindən verilən məlumata görə, dərs ilinin başlanması ilə yalnız 6-cı sinfə qədər olan qızlar məktəbə gedə biləcək. Qurumun əmrinə əsasən, 7-12-ci siniflərdə qızlar üçün şəriət, milli adət-ənənə və mədəniyyətə uyğun məktəbli forması hazırlanarsa, hökumətin sərəncamı ilə təhsil müəssisələrinin qapıları onların üzünə açılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON