“Müəllimlər arasında narkotikdən istifadə edənlər də var”

13:39 12-04-2022 | icon 537 | Təhsil
“Müəllimlər arasında narkotikdən istifadə edənlər də var”

"Qarşısı alınmasa, gələcəkdə dəhşətli faciələr baş verəcək"

 

“Təəssüf ki, bu gün ölkədə müəllimlər, şagirdlər arasında narkotik vasitələrdən istifadə halları var. Hətta məktəblərdə dərs deyən qadın müəllimlərin içərisində siqaretdən istifadə halları xeyli artıb. Bu da şagirdlər üçün böyük təhlükədir. Çünki uşaq gördüyünü götürür. Bununla hamılıqla mübarizə aparmaq lazımdır. Bunun qarşısını indidən almasaq, gələcəkdə dəhşətli faciələr baş verəcək”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

 

Millət vəkilinin sözlərinə görə, məktəblərin daxilində şagirdləri narkomaniyaya cəlb etmək mümkün olmayanda kənarda buna cəhd göstərilir:

 

“Məktəblərdə narkomaniya əleyhinə təbliğat sıfır səviyyəsindədir. Halbuki hər bir sinifdə həftədə bir gün, bir dərs məhz narkomaniyanın dəhşətli zərərlərinə, bu bəlanın gətirdiyi fəsadlara həsr olunmalıdır. Narkomaniya əleyhinə filmlər nümayiş etdirilməlidir. Şagirdlər arasında çox ciddi təbliğat aparılmalı və onlara narkomaniya, onun zərərləri barədə doğru məlumat verilməlidir ki, onlar ayıq-sayıq olsunlar. Kiminsə tələsinə düşüb narkomaniyanın qurbanına çevrilməsinlər”.

 

Millət vəkili qeyd edib ki, cəmiyyət olaraq ölkədə narkomaniyaya qarşı dirəniş göstərilməlidir:

 

“Təəssüf ki, hələ ki, cəmiyyət buna səfərbər olmur. İnsanları səfərbər etmək istiqamətində atılan addımlar yetərli deyil. Narkomaniyanın qarşısının alınması, vəziyyətdən çıxış yolları da indiki məqamda lazımi səviyyədə müzakirə olunmur. Ölkədə narkomaniyadan əziyyət çəkənlərin statistikası da düzgün aparılmır. Statistika 25-30 min göstərilir. Yalandır. Onun on qatıdır. Düzgün statistika gizlədilir. Tək polisin rolu ilə narkomaniya ilə mübarizə aparılır. Bu, tək polisin öhdəsindən gələcəyi bir iş deyil. İstəsə belə, gələ bilməz. Cəmiyyət olaraq narkomaniya ilə mübarizəyə qoşulmalıyıq”. /Bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Xəyallar gerçəkləşir