Yılmaz Özdil – QADIN (VI)

18:19 24-11-2017 | icon 81 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (VI)

Səmra

/Tərcümə: Rüfanə Günəş/

“Gəlinim olarasanmı?” yarışmasının oyunçusu Ata, bir otel otağında narkotikdən həyatını itirmiş vəziyyətdə tapıldı. Yas mərasimi hörmətli televiziya kanallarımız vasitəsilə “canlı” yayınlandı.
Rəhmtəlik yaşayanda da çox izlənirdi, öləndə də çox izləndi.
Deyirlər ki…
“Bu olacaqdı, şöhrət sevgisinin nəticəsində biri öldü”.
Bəli, bu işlərdən ilk rəhmətlik olan Ata oldu. Amma bu reality showlarda ilk ölüm deyil. Hansı televiziyada olduğunu xatırlamıram, bir pişik də ölmüşdü. Gizmo adlı pişiyin ya üstünə çıxmışdılar, ya da qapının arasında qalmışdı.
Deyəcəksiniz ki…
“İşin-gücün yoxdur, hardan xatırlayırsan pişiyi?”
Xatırlayaram, yaddaş mənim üçün önəmlidir. Yaddaşa dəyər verdiyim üçün indi bu cür yarışmalara qatılan gəncləri də, bu yarışmaları ərsəyə gətirən televiziya kanallarını “linç etməyə çalışanları da” yaddaşa dəvət edirəm.

Sizə bir siyahı verim, baxın…
Muazzez Abacı, İbrahim Tatlısəs, Garo Mafyan, Dəniz Səki, Zərrin Özər, Ərcan Saatçı, Əli Poyrazoğlu, Huysuz Virjin, Hamdi Alkan, Nursəli İdiz, Arif Sağ, Tan Sağtürk, Haldun Dormən, Mahsun Qızmızığül, Sərdar Ortaç, Cem Ceminay, Əhməd San, İlhan Şeşən, Səda Sayan, Tuncay Özilhan.
Bunlar kimdir?
Belə yarışmaların münsiflər heyəti.
Bəs gənclər məşhur olmaq istəyirdi?
Bəs bunlar nədir?
Bu adları da keçək. Bu verlişləri kim izləyirdi, qardaşım? Reytinqlərdə kim rekorda imza atırdı?

“Mən evlənirəm” verilişinin Canər və Tülüni, “Biri bizi izləyir” verilişinin Edis və Melihi, “Popstar” verilişinin Bayhanı, Abidini, “Türkstar” verilişinin Ufuqu, Əmrahı, o birisi “Popstar”ın Səlçuqu, Sezəni, “Bir ulduz doğulur” verilişinin adlarını xatırlamadığım gəncləri, “Gəlinim olarasanmı?” verilişinin Atası və Sinəmi, “Sizə ana deyə bilərəm?” verlişinin Bəlmanımı və Tatlişi, “İkinci bahar könüllərdə” verilişinin Fatma xanımı və Əngin bəyi, “Türkiyənin Ulduzları”nın figüranları. Bilmirəm hansı adaya gedib, balıq tutan da oldu. Dağın təpəsinə çıxıb inək sağan da oldu.
Bunları kim izləyirdi? Trilyon liralıq mesajları kim atırdı?
Televiziyaları günahlandırmaq asandır. Kimlər bu uşaqları manşetə çıxarırdı? Reklamlarını kimlər verirdi? Qaynana Səmrayı kimlər qəzetlərində köşə yazarı etdi?
Kimlər?

Səmra Yücəl

Suni şöhrətin qurbanı olan yazıq uşağın adı Ata, soyadı Türk idi. Tabuta da Türk bayrağı örtüllər, yaxşı mı?
Reytin qaynananası Səmra “əsgər qızıyam, şəhid verdim” dedi. Əhali hücum etdi. İzdihamdan dava çıxdı, bir-birini yumruqladılar. Televiziyalar canlı yayınladı. Kanal D, ATV, SHOW, Star kimi kanalların əsas xəbər buraxılışlarının 97 dəqiqəsi bu xəbərə ayrıldı. Medyamızdaki yozlaşmanın[1] ən dəhşətli nümunələrindən biri idi. Türkiyənin ən məşhur (!) qadını qaynana Səmra, üç gün sonra unuduldu. Haqqında tək sətir xəbər də yazılmadı. İstifadə edilmişdi, işi qurtarmışdı.

[1] bir şeyin əsl xüsusiyyətlərindən çıxarılması və ya qaldırılmasıdır. Başqa sözlə, “mahiyyətindən ayrılma”. Bir şey əslinə bağlı qalmırsa, yozlaşır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər"

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

Ətraf mühiti pozanlarla bağlı 21 iş

Ermənilər atəşkəsi 81 dəfə pozdu

Turist axınının artımı gözlənilir

"Dövlətimizin yanında olmalıyıq"

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

“Cümhuriyyət üçün yaz” - MÜSABİQƏNİN QALİBLƏRİ

Rəcəb Tayyib Ərdoğan daha bir səlahiyyət əldə edib