Lahıcda uçqun olub, yol bağlanıb

09:38 14-04-2022 | icon 512 | Hadisə
Lahıcda uçqun olub, yol bağlanıb

İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.

 

APA-nın xəbərinə görə, İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb.

 

Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Yolun qısa vaxtda açılması mümkün deyil. Bunun üçün əraziyə çoxlu ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.

 

Hazırda bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyirlər. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edirlər.

 

Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir. Ötən həftə orada baş verən dağ uçqunu zamanı bir neçə saat yol bağlı qalmışdı. Bu gün baş verən torpaq uçqununun miqyası isə daha böyükdür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT