"Azərbaycan Ukraynanın yanacaq təminatında ciddi rol oynadı"

11:20 16-04-2022 | icon 403 | Geopolitika
"Azərbaycan Ukraynanın yanacaq təminatında ciddi rol oynadı"

Natiq Cəfərli: “Belə humanitar yardımlar münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”

 

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Azərbaycan həm dövlət səviyyəsində, həm QHT və dövlətlə birgə iş şəraitində Ukraynaya bacardığı yardımları edib.

 

Versus.az xəbər verir ki, bunu  politoloq Natiq Cəfərli Azərbaycanın Ukraynaya və digər ölkələrə Humanitar yardımlar ilə bağlı açıqlamasında bildirib. 

 

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın humanitar yardımları təkcə Ukrayna ilə bağlı deyil, eləcə də, pandemiya dövründə koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və digər humanitar yardımlar edilib ki, bu da Azərbaycan xalqının dövlətinin humanistliyidir.

 

N.Cəfərli bildirib ki, hələ Ukrayna-Rusiya müharibəsinin əvvəlində SOKAR dizel yanacağının Ukrayna təcili yardımlarına pulsuz verilməsi ilə bağlı qərar verdi. Ümumiyyətlə, Azərbaycan Ukraynanın yanacaq təminatında ciddi rol oynadı.  O, bununla yanaşı Azərbaycanın başqa humanitar yardımların  göndərilməsində də kifayət qədər ciddi payı var:

 

“Bu da Ukrayna xalqına, cəmiyyətinə apardıqları haqq mübarizəsinə bir dəstəyi ifadə edir. Çünki biz onları daha yaxşı başa düşürük.  Azərbaycan xalqı da uzun illər işğal altında qalan torpaqların acısını yaşayıb. İşğal faktı ilə üzləşib və Rusiyanın imperiya yaratmaq ideyaları ilə üzbəüz qalıb. Ukraynada baş verənlər həm də ona görə bizə yaxındır ki, bu ölkənin ayaqda qalması gələcəkdə keçmiş SSRİ-nin başqa adla bərpa edilməsinin qarşsını alan əsas faktora çevriləcək”.

 

N.Cəfərli hesab edir ki, bütün bunları nəzərə alsaq, Azərbaycan xalqının, cəmiyyətinin, dövlətinin Ukraynaya dəstəyi təbiidir.  Ona görə də belə humanitar yardımların göndərilməsi hər iki dövlət, xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT