İftar süfrəsində kütləvi ZƏHƏRLƏNMƏ

10:49 19-04-2022 | icon 366 | Hadisə
İftar süfrəsində kütləvi ZƏHƏRLƏNMƏ

Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. 

 

Versus.Az xəbər verir ki, rayonun Çərəkə kənd sakinləri ötən gün iftar süfrəsinə toplaşıblar. 

 

Məclisdən sonra orada iştirak edən 10 nəfər xəstəxanaya müraciət edib. 

 

Onların pomidordan zəhərləndikləri ehtimal edilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məsələ ilə bağlı məlumat daxil olub. İlkin araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

 

TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

 

Qurumdan bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:

 

“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT