Müəllimin evində təhsil alan şagirdlər...

15:46 21-05-2022 | icon 357 | Təhsil
Müəllimin evində təhsil alan şagirdlər...

 

 

 

Cəlilabad rayonunun Musalı kəndində uçqun olan, eləcə də bir hissəsi yararsız vəziyyətə düşən tam orta məktəbin yerində yeni məktəbin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

 

 

Versus.az xəbər verir ki, bu barədə "Report"aməktəbdən məlumat verilib.

 

 

Qeyd olunub ki, artıq ümumtəhsil müəssisəsinin binasının inşası istiqamətində işlər görülür.

 

Bildirilib ki, məktəb binasının tikintisi ilə bağlı ilkin informasiyanın əldə olunması və ərazidə topoqrafik planlaşdırma işlərinin görülməsinə başlanılıb.

 

Məlumatda həmçinin tikinti işlərinin cari il ərzində yekunlaşmasının planlaşdırıldığı vurğulanıb.

 

Qeyd edək ki, bu ilin mart ayında tətil günlərində yağan güclü qar nəticəsində sözügedən tam orta məktəbdə uçqun olub və məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.

 

Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər təhsillərini davam etdirməsi üçün Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Bundan əlavə, Zəhmətabad kənd orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR