Tehrandan gələn həkimlər danışdılar - VİDEO

16:55 13-01-2019 | icon 907 | Sağlamlıq
Tehrandan gələn həkimlər danışdılar - VİDEO

 

Pulsuz müayinə aksiyası davam edir

 

 

Tehrandan Bakıya gələn iranlı həkimlər artıq bir neçə gündür ki, Baku City Hospitalda xəstələri qəbul edir, müayinələr aparırlar.

 

Versus.Az-ın məlumatına görə, həkimlər Baku City Hospital və müayinəyə gələn xəstələrlə bağlı ilkin təəssüratlarını bölüşüblər.

 

Həkimlər burada olduqları müddətdə öz bilik və təcrübələrindən istifadə edərək, xəstələrə yüksək səviyyəli tibbi yardım göstərməkdən məmnunluq duyduqlarını ifadə ediblər.

 

Qadın-Uroloq pofessor Rübabə Məqsudi Azərbaycana ilk dəfə gəldiyini və burada olmaqdan məmnunluq duyduğunu bildirib.

O, xəstəliyi yaradan səbəblər və müalicə üsullarından danışıb.

 

Azərbaycanı sevdiyini deyən neyrocərrah, professor Yunis Ruhani Azərbaycan həkimləri ilə birlikdə xəstələrin müalicə olunmaları üçün daha mütərəqqi layihələr üzərində çalışmaq niyyətlərini açıqlayıb.

 

Həkim Bakıda müsbət qarşılandıqlarını və City Hospitalda yaradılan şəraitdən razı qaldıqlarını deyib.

 

Neyrocərrah, professor Sohrab Sadiqi beyin şişləri əməliyyatlarını aparmaqla yanaşı, digər xəstəliklər üzrə də ixtisaslaşdığını deyib.

 

O, qısa vaxt ərzində City Hospitalın əməliyyat otaqları ilə tanış olduqdan sonra mümkün şəraiti dəyərləndirəcəklərini bildirib.

 

Ortoped onurğa cərrahı, professor Mirmustəfa Sadat onurğa əyriliyi və onun yaratdığı fəsadlardan danışıb, apardığı uğurlu əməliyyatlar barədə məlumat verib.

 

İnfeksionist Hepatoloq, professor Ali Məcidpur infeksiyaların yaranması səbəbləri və bu xəstəliyin insanda ayrı-ayrı orqanlarda müşahidə olunduğunu müxtəlif misallarla qeyd edib. O, infeksiyanın fəsadları və müalicə üsullarından danışıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür